19 dekabr 2011 15:34
Cavid İmamverdiyevə 3 oyunluq cəza
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 17-ci turunun “Qarabağ” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Əliyar Xudiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
“İnter” – “Neftçi” matçının 83-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Cavid İmamverdiyevlə “İnter”in futbolçusu Vüsal Səfərov bir-birini təhqir etdiyinə görə, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanıb, hər iki klub 1000 manat cərimə olunub.
