19 dekabr 2011 15:56
“Əminəm ki, onda biz mütləq İnteri məğlub edəcəkdik”
“Neftçi”nin müdafiəçisi Alessandro Premyer Liqanın 17-ci turunun “İnter”lə oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komanda yoldaşlarınız bu oyun ərəfəsində qələbə seriyasını davam etdirməkdən danışırdı, amma sonda məğlubiyyətlə üzləşdiz...
- Biz “Qarabağ”ı (2:1), “Simurq”u (4:2) və AZAL-ı (7:1) yenməyi bacarmışdıq. İstəyirdik ki, “İnter” və “Kəpəz”lə ilin son matçlarında da bunu təkrarlayaq. Amma təəssüf ki, alınmadı.
- Buna nə mane oldu?
- Rəqibimiz qol epizodlarında daha şanslı idi. Birinci hissədə biz daha yaxşı təsir bağışladıq. Rəqibimizi cərimə meydançasına təsadüfi hallarda buraxırdıq. Amma ikinci hissədə “İnter” daha çox fəallıq nümayiş etdirdi.
- Rəqibimiz qol epizodlarında daha şanslı idi. Birinci hissədə biz daha yaxşı təsir bağışladıq. Rəqibimizi cərimə meydançasına təsadüfi hallarda buraxırdıq. Amma ikinci hissədə “İnter” daha çox fəallıq nümayiş etdirdi.
- Əgər rəqib ən lazımi anda üstünlüyü ələ alırsa, deməli qələbəyə də məhz həmin komanda layiqdi?
- Biz bu oyuna məğlub olmaq üçün çıxmamışdıq. Ən azından heç-heçəyə layiq idik.
- Biz bu oyuna məğlub olmaq üçün çıxmamışdıq. Ən azından heç-heçəyə layiq idik.
- “Neftçi” ikinci qolu buraxandan sonra demək olar ki, heç bir təhlükəli vəziyyət yarada bilmədi...
- Çünki rəqibimiz qalan dəqiqələrdə daha fəal və diqqətlə müdafiə olunmağa başladı.
- Komandanızı Bahodir Nasimovun vura bilmədiyi penalti sındırdı. Bu fikirlə razısız?
- Həmin epizod oyunda dönüş nöqtəsi oldu. Nasimov onu vurmağa borclu idi. Əminəm ki, onda biz mütləq qələbə qazanacaqdıq. Amma mən komanda yoldaşımı günahlandırmağın əleyhinəyəm. Futbolda belə şeylər olur.
- Amma "Neftçi"nin xal ehtiyatını artırmaq üçün əla şansı var idi...
- Deməli, bizim hələ üzərində işləməli olduğumuz çox şey var. Amma çempionat hələ bitməyib. 2011-ci ilin son oyununda “Kəpəz”ə qarşı oynayacağıq. Bu komandanı mütləq yenib, irəli baxmaq lazımdı.
