19 dekabr 2011 16:11

Cüneyt Biçerin siftəsi və 44-cü darmadağın

Premyer Liqanın 17-ci turunun "Kəpəz"lə oyununda əldə olunan böyük hesablı qələbə "Xəzər Lənkəran"ın baş məşqçisi Cüneyt Biçer üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssis komandanın sükanı arxasında ilk qələbəsini qazanıb. Buna postundakı ikinci qarşılaşmada nail olan Biçer darmadağına səfərdə sevinib - 4:1.
 
"Xəzər Lənkəran" sonuncu belə qələbəsini bu il avqustun 14-də səfərdə AZAL üzərində qazanmışdı. 124 gün əvvəl yaşanan həmin qələbə 3:0 hesabı ilə qeydə alınmışdı. Elə II turda qeydə alınan son darmadağın da bu dəfəki kimi səfərdə baş tutmuşdu.
 
İlk qələbəsini böyük hesabla qazanan çalışdırıcı "Xəzər Lənkəran"ın baş məşqçisi kimi böyükhesablı qələbə əldə edən mütəxəssislər siyahısına daxil olub. Bu göstəricidə mütləq rekord Ağasəlim Mircavadova məxsusdu. Onun rəhbərliyi altında 21 böyük hesablı qələbə qazanılıb:
 
1. Ağasəlim Mircavadov - 21 (çempionatda 16 + kubokda 5)
2. Rasim Kara - 12 (10+2)
3. Mirça Rednik - 4 (3+1)
4. İqor Ponomaryov - 3 (3+0)
5. Nazim Süleymanov - 2 (0+2)
6. Viktor Pasulko - 1 (1+0)
7. Cüneyt Bişer - 1 (1+0)
 
Ümumilikdə isə "Kəpəz" üzərində qələbə "Xəzər Lənkəran"ın tarixində 44-cü böyükhesablı qələbə olub. Bunların 33-ü ölkə çempionat, 11-i kubokda qeydə alınıb. Premyer Liqada çıxış etdiyi 8 mövsüm ərzində "Xəzər Lənkəran" hər çempionatda ən azı 1 dəfə buna nail olub:
 
2004/05 - 8
2005/06 - 1
2006/07 - 6
2007/08 - 5
2008/09 - 5
2009/10 - 4
2010/11 - 2
2011/12 - 2
Cəmi - 33
 
Azərbaycan Kubokunda isə 2004/05, 2009/10 və 2010/11 mövsümlərində darmadağın sevinci yaşanmayıb:
 
2005/06 - 2
2006/07 - 3
2007/08 - 3
2008/09 - 2
2011/12 - 1
Cəmi - 11
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.