19 dekabr 2011 16:32
Qəbələ üçün uğursuz rəqiblə 14-cü duel
"Qəbələ" 2011-ci ildə son oyununu “Qarabağ”a qarşı keçirəcək. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunun dekabrın 21-də baş tutacaq qarşılaşması rəqiblərin 14-cü dueli olacaq.
İndiyədək yalnız çempionatda görüşən tərəflərin baş tutmuş 13 matçında üstünlük “Qarabağ”ın tərəfindədi. "Qəbələ" 3 qələbə qazanıbsa, Ağdam təmsilçisi 6 dəfə sevinən tərəf olub. Top fərqində də "Qarabağ" 18-13 hesabı ilə öndədi.
Amma rəqiblərin Qəbələdəki 7-ci duelinə meydan sahibləri müsbət əhval-ruhiyyə ilə çıxacaq. Çünki “Qarabağ” son 3 səfər matçında qələbəyə həsrətdi. "Qəbələ"nin evdəki 1187 günlük məğlubiyyətsizliyi 2 qələbə və 1 heç-heçədən ibarətdi. Özü də son 2 matçda qonaqlar Qəbələni xalsız tərk edib. Həm də “Qarabağ”la evdəki son 5 matçda "Qəbələ" mütləq qol vurur. Yalnız ilk matçda “Qəbələ” qonaqların qapısına yol tapa bilməyib.
Ümumilikdə isə komandaların duellərini 2 mərhələyə bölmək olar. 2006-08-ci illəri əhatə edən ilk dövrdə “Qarabağ” güclülər dəstəsi təcrübəsi olmayan “Qəbələ”ni bütün oyunlarda məğlub edib. Bu, 5 matçlıq məğlubiyyət seriyasından sonra üstünlük "Qəbələ"nin tərəfinə keçib. Son 8 qarşılaşmada 3 qələbə, 4 heç-heçəsi olan “Qəbələ” yalnız 1 dəfə məğlubiyyət acısı yaşayıb.
2006/07 20.08.2006 Premyer Liqa Gilan (Qəbələ) - Qarabağ (Ağdam) 0:2
2006/07 22.02.2007 Premyer Liqa Qarabağ (Ağdam) - Gilan (Qəbələ) 3:2
2007/08 06.10.2007 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2007/08 13.04.2008 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 2:1
2008/09 20.09.2008 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2008/09 15.03.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 23.09.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 06.12.2009 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:1
2009/10 21.03.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 3:1
2009/10 24.04.2010 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1
2010/11 25.09.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 2:1
2010/11 13.02.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 3:0
2011/12 27.08.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:1
