19 dekabr 2011 17:04
Neftçi Kəpəzlə oyunun hazırlığına start verdi
"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda "Kəpəz"lə keçirəcəyi oyununun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün klubun bazasındakı meydançada məşq edib.
Flaqman hazırlığı sabah davam etdirəcək. Qeyd edək ki, dekabrın 21-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək "Neftçi" - "Kəpəz" matçı saat 14:00-da başlanacaq.
