19 dekabr 2011 17:29
Kamran Ağayev: XL məndən imtina etsə, özümə klub axtaracam
Futbol üzrə yığma komandamızın qapıçısı Kamran Ağayev 2011-ci ilin ən yaxşı qapıçısı seçilməsi ilə bağlı azerisport.az saytının suallarını cavablayıb.
- İlin ən yaxşı qapıçısı seçilməyini necə qarşıladın?
- Bu mükafatları artıq neçənci dəfə qazandığımı heç xatırlamıram. Amma hamısı mənim üçün xoşdu. Birinci olmaq bütün idmançılar üçün şərəflidi. Əsas odu hər dəfə bu adı doğrulda biləsən.
- Bu mükafatları artıq neçənci dəfə qazandığımı heç xatırlamıram. Amma hamısı mənim üçün xoşdu. Birinci olmaq bütün idmançılar üçün şərəflidi. Əsas odu hər dəfə bu adı doğrulda biləsən.
- 2011-ci ildə həmin ümidləri doğrulda bildiniz?
- Bunu daha yaxşı mənə səs verənlər bilər. Şəxsən mən özümdən istədiyimi ala bilməmişəm. Beynəlxalq səviyyəyə yüksəlmək istəyirəm. Digər tərəfdən AÇ-2012-nin seçmə mərhələsində Almaniyadan altı qol buraxandan sonra ən yaxşı olmaq hardasa çatmır. Amma bu, futbolumuzun reallığıdı. Hər halda kim mənə səs veribsə, hamısına təşəkkürümü bildirirəm.

- Artıq yarım ildən sonra “Xəzər Lənkəran”la müqaviləniz başa çatır. Nə edəcəyinizi müəyyənləşdirmisiz?
- Mən “Xəzər Lənkəran”ın qapıçısıyam. Mövsümün sonunda anlaşmanın müddəti başa çacaq. Ölkə xaricində oynamaq istəyirəm. Əgər alınmasa, müqaviləni yeniləmək və Lənkəranda qalmaq istəyirəm.
- Mən “Xəzər Lənkəran”ın qapıçısıyam. Mövsümün sonunda anlaşmanın müddəti başa çacaq. Ölkə xaricində oynamaq istəyirəm. Əgər alınmasa, müqaviləni yeniləmək və Lənkəranda qalmaq istəyirəm.
- Deməli, digər yerli klublar istisnadı?
- Əgər Avropaya gedə bilməsəm, “Xəzər Lənkəran” məni saxlamaq istəməsə, onda fikirləşərəm. Təbii ki, məndən imtina olunsa, özümə yeni klub axtarmalıyam.
- Cüneyt Biçərlə münasibətlər nə yerdədi?
- Mənim “Xəzər Lənkəran”ın baş məşqçisi ilə münasibətlərim necə ola bilər ki? Mənim Mirça Redniklə də münasibətlərim pis deyildi. Sadəcə, insanın üzünə gülüb, arxasında danışmaq düz deyil. Biçərlə də yaxşı münasibətim var. Qarşımıza çempionluq hədəfi qoyulub.
- Qarşıda “Bakı” ilə oyun var. Hansı ki, bu komandayla ilk oyun sizin üçün çox uğursuz alınmışdı...
- Daim səhvsiz oynamaq heç kimdə alınmır. Bizi çox çətin oyun gözləyir. Amma 3 xal qazanmağa borcluyuq.
- İlk oyunda keçmiş komandasına 2 qol vuran Uinston Parksı bu dəfə saxlaya biləcəksiz?
- O, yaxşı futbolçudu. Mən ümumiyyətlə qol buraxmağı sevmirəm. Odu ki, həm Parksın, həm də komanda yoldaşlarının qol vurmaması üçün əlimdən gələni edəcəm.
- O, yaxşı futbolçudu. Mən ümumiyyətlə qol buraxmağı sevmirəm. Odu ki, həm Parksın, həm də komanda yoldaşlarının qol vurmaması üçün əlimdən gələni edəcəm.