19 dekabr 2011 18:16

“Bu oyun Neftçi ilə matçdan daha ağır ola bilər”

“İnter”in gürcüstanlı hücumçusu Baçana Tsxadadze müsahibəsində “Neftçi” ilə qarşılaşma barədə danışıb və “Simurq”la keçiriləcək matç haqqında fikirlərini açıqlayıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- “Neftçi” ilə matç kifayət qədər çətin alındı, bununla belə, “İnter” vacib qələbə əldə etməyi və növbəti 3 xalı qazanmağı bacardı. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Düşünürəm ki, bu, hazırda keçirdiyimiz ən yaxşı oyunlardan biridir. Qarşılaşma tamaşılar üçün də çox maraqlı alındı. Bütün 90 dəqiqə kifayət qədər yaxşı ritmdə və olduqca gərgin mübarizə şəraitində keçdi. Bizim üçün ikiqat xoşdur ki, məğlub durumda olduğumuza baxmayaraq, görüşün gedişini dəyişdirməyi bacardıq və son nəticədə qələbə qazanmağa müyəssər olduq.
 
- Belə bir fikir var ki, Georgi Lomaya 11 metrlik cərimə zərbəsini dəf edikdən sonra oyunun gedişi dəyişdi. Bu fikirlə razısan?
- Bəli, bu fikirlə 100 faiz razıyam. Bu addımıyla Lomaya hamımıza nümunə oldu. O göstərdi ki, ruhdan düşmək tezdi və sonadək oynamaq lazımdı. Yekunda bu da bizə maksimal nəticə əldə etməyimizə kömək etdi.
 
- Şənbə günü “Neftçi”nin qapısına vurulan qollardan birinin müəllifi oldun. Birinci dövrədə də bu komandanın qapısından qələbə topunu keçirməklə fəqrlənmişdin. Deyə bilərsənmi, “Neftçi”qə qarşı belə uğurlu oyunun sirri nədədi?
- Mən hər bir rəqibə qarşı eynilə davranmağa çalışaram. Belə alındı ki, “Neftçi” ilə hər iki oyunda iki dəfə qol vurmaq mənə müyəssər oldu. Bunu müxtəlif faktorlarla əlaqələndirmək olar. Demək istəyirəm ki, mən bununla kifayətlənməyə hazırlaşmıram. Mənim üçün istənilən rəqib eynidi və həmin rəqibin turnir cədvəlində birinci və ya axırıncı yerdə olmasının heç bir fərqi yoxdu. Hər qarşılaşma özünə görə vacibdi.
 
- Bu qələbə “İnter”i “Neftçi”yə yaxınlaşdırdı və indi komandamızı liderdən cəmi 1 xal ayırır. Ümumiyyətlə, “İnter”in qələbəsi intriqanı gücləndirdi və turnir cədvəlində sıxlığı artırdı...
- Bu mövsümdə turnir cədvəli çox sıx və maraqlı görünür. Çempionat çox intriqalı alınır. Bəli, biz “Neftçi”dən cəmi bir xal geridəyik, ancaq bizdən aşağıda yalnız yüksək yerlərə iddia edən  “Xəzər-Lənkəran” və “Bakı” kimi komandalar qərarlaşıblar. Bütün bu komandalar qış fasiləsinə ikinci və ya birinci yerdə yollana bilər. Bu vəziyyət bizə rahatlaşmağa imkan vermir. Bir daha təkrar edirəm ki, çempionat çox maraqlı alınır.
 
- Artıq ikinci gün “İnter” səfərdə Zaqatalanın “Simurq” komandasıyla qarşılaşacaq. Bilirik ki, bu komanda doğma meydançada güzəştə getməməsilə fərqlənir və matçın çox çətin olacağı gözlənir. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Bu oyuna çox yaxşı hazırlaşmaq lazımdır, axı “Simurq” bizə rahatlaşmağa imkan verəcək komanda deyil. Son turda bu komanda AZAL ilə vacib qarşılaşmada məğlub olub, lakin “Simurq”un ilk “altılığa” düşmək şansı qalır və buna görə də onlar qarşıdakı matçda qalib gəlmək üçün əllərindən gələni edəcəklər. Bir sözlə, bu matça çox ciddi hazırlaşmaq lazımdı. Asan oyun olmayacaq. Qarşıdakı oyun “Neftçi” ilə keçirilən matçdan daha ağır ola bilər. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.