20 dekabr 2011 00:05

2011-ci ilin yekun turu: qış çempionu kim olacaq?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, 2011-ci ilin son turunun birinci oyun günündə 3 görüş baş tutacaq.
 
İlin son turuna "Sumqayıt Şəhər" - "Turan" oyunu ilə start veriləcək. Bu oyunu son iki pillədə qərarlaşan autsayderlərin dueli kimi də qələmə vermək olar. Hər halda elitada qalmaq baxımından bu altı xallıq oyunda qazanılacaq qələbə qalib komandaya gələcəkdə çox faydalı ola bilər. Qarşılaşmanın Sumqayıtda keçirilməsi meydan sahibləri üçün böyük üstünlük sayıla bilər. Özü də son dövrlər Bernard Raabın komandası daha yaxşı təsir bağışlamaqdadı, nəinki qonaq komanda. “Turan” isə bir çox aparıcı oyunçuları ilə yollarını ayrıması azmış kimi, hələ də maliyyə problemləri içində çabalayır və uğursuz çıxışı davam edir. İlk dövrədə məhz Tovuz təmsilçisi doğma meydanda minimal hesablı qələbə qazansa da, indi SŞ həmin yenilginin qisasını ala bilər. Belə olan halda Sumqayıt klubu zirzəmidəki rəqibindən uzaqlaşmağa nail olacaq. “Turan” qələbə qazanacağı halda isə rəqibini qabaqlayıb, son pillədən çıxacaq.
 
“Rəvan” AZAL-la qarşılaşacaq. Paytaxt derbisində üz-üzə gələcək tərəflərin dueli maraqla gözlənilir. Çünki “sarı-qırmızılar” bu mövsümün ən sürpriz komandası hesab olunur. Hər halda “Rəvan” xüsusilə liderlər qrupundakı komandalara əsl başağrısı olmasıyla seçilir. Elə AZAL özü də birinci dövrədə bu komandaya məğlub olmuşdu – 1:2. Bu üzdən də “təyyarəçilər” bu dəfəki oyuna qisas almaq üçün çıxacaqlar. “Neftçi”yə 1:7 hesablı məğlubiyyəti nəzərə almasaq, Elxan Abdullayevin istefasından sonra AZAL inamlı nəticələr qazanır. Bu üzdən gözləmək olar ki, Rafiq Mirzəyevin yetirmələri bu dəfə də qələbə qazansın, ən azından məğlub olmasın. Çünki bu, həm də ilk altılıqdan kənarlaşmamaq üçün çox vacibdi. Elə meydan sahibləri də qələbə qazanmaqla ən azı bir pillə irəliləməyi və AZAL-a qonşu olmağı hədəfləyiblər.
 
Günün son matçında isə "Simurq" "İnter"i qəbul edəcək. Zaqatala klubu kifayət qədər qeyri-sabit oyunla diqqət çəkir. Əvəzində “bankirlər” cari mövsümdə əla sürət yığıblar. Son turda ölkə çempionu “Neftçi” üzərində qazandığı inamlı qələbə ilə ikinci pilləyə yüksələn paytaxt klubu Zaqatalada da uğur qazanmaqla ən azı bir günlük də olsa, lider ola bilər. Növbəti gündə meydana çıxacaq “Neftçi” növbəti dəfə xal itirəcəyi halda isə “İnter” hətta qış çempionluğuna da sahib çıxa bilər. Odu ki, bakılılar ilk dövrədə minimal hesabla yendikləri “Simurq”a yenə eyni aqibəti yaşatmağa borcludular. Lakin bu, heç də asan olmayacaq. Çünki Sergey Yuranın komandası xüsusilə doğma divarlar arasında rəqiblərinə ciddi müqavimət göstərməsi ilə seçilir.
 
Turun digər görüşləri son oyun gününə təsadüf edəcək. "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Hər iki komanda qeyri-sabit oyun sərgiləyir. Məhz bu üzdən də komandalar ilk altılığın sonuncu pillələrində qərarlaşıblar. Fatih Kavlakın komandası qələbə qazanmaqla Ağdam klubu ilə xallarını bərabərləşdirmək şansına malik idi. Qurban Qurbanovun yetirmələri ilə altı xallıq oyunda qələbə qazansa, həm əsas izləyicisi ilə aradakı xal fərqini artırmış olacaq, həm də bir pillə irəliləyə biləcək. Yeri gəlmişkən, ilk dövrədəki oyunda Qəbələ təmsilçisi bu rəqibi üzərində Quzanlıda 1:0 hesabıyla qələbə qazanmışdı. Bu üzdən də qonaqlar bu oyunda həmin məğlubiyyətin qisasını almağa da çalışacaqlar.
 
Lider "Neftçi" isə "Kəpəz"i qəbul edəcək. Paytaxt təmsilçisi son oyunda qeydə alınan “İnter”ə məğlubiyyəti unutdurmaq üçün Gəncə təmsilçisini məğlub yola salmağa borcludu. Bu, “ağ-qaralar”ın qış çempionluğunu rəsmiləşdirməsi baxımından da vacib əhəmiyyət kəsb edir. Hər halda komandaların hazırkı durumunu nəzərə alsaq, bakılıların bu vəzifənin öhdəsindən gəlməsi heç də çətin görünmür. Çünki Mirbağır İsayevin gəlişindən bəri demək olar ki, heç bir ciddi irəliləyişin nəzərə çarpmadığı “Kəpəz”də vəziyyət hər tur pisliyə doğru dəyişir.
 
Nəhayət, 2011-ci ilin sonuncu, eyni zamanda bu turun mərkəzi oyununda "Xəzər Lənkəran" "Bakı" ilə qarşılaşacaq. Bu qarşılaşma da turun mərkəzi oyunlarından biri kimi qiymətləndirilə bilər. Hər halda liderlər hər ikisi məğlub olsa, “Xəzər Lənkəran”ın qazanacağı qələbə bu komandanı qış çempionluğuna da daşıya bilər. “Zolaqlılar” isə qələbə qazanmaqla cənub təmsilçisiylə xallarını bərabərləşdirə, eyni zamanda qış fasiləsinə üçüncü pillədə yollana bilər. Yeri gəlmişkən, ilk dövrədə baş tutan matçda bu iki klub 2:2 hesablı məhsuldar heç-heçəyə razılaşmışdılar. Tərəflərin bu dəfəki duelində hansı nəticənin qeydə alınacağı maraqla gözlənilir.
 
Premyer Liqa
18-ci tur
20 dekabr (çərşənbə axşamı)
 
Sumqayıt Şəhər - Turan
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Zeynal Zeynalov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əmir Zamanov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 14:00.
 
Rəvan - AZAL
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Elşən Acalov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. Dalğa Arena. Saat 15:00

Simurq - İnter
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Coşqun Həsənov, Fuad Həsənov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Akif Məmmədov
Zaqatala şəhər stadionu. Saat 16:00

21 dekabr (çərşənbə)

Qəbələ - Qarabağ
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
 
Neftçi - Kəpəz
Hakimlər: Anar Salmanov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Alik Yunusov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:00.

Xəzər Lənkəran - Bakı
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Yaşar Abbasov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 16:00.
 
 
1
Neftçi
17
11
1
5
35-16
34
2
İnter
17
9
6
2
15-9
33
3
Xəzər Lənkəran
17
9
5
3
24-17
32
4
Bakı
17
8
5
4
23-13
29
5
Qarabağ
17
8
4
5
20-14
28
6
Qəbələ
17
7
4
6
18-19
25
7
AZAL
17
6
5
6
25-25
23
8
Simurq
17
5
4
8
18-25
19
9
Rəvan
17
4
7
6
18-21
19
10
Kəpəz
17
4
4
9
21-32
16
11
Sumqayıt Şəhər
17
3
3
11
12-23
12
12
Turan
17
3
2
12
10-25
11
 
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)
6 - Uinston Parks (Bakı), Flavinyo (Neftçi), Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.