20 dekabr 2011 00:15
Sergey Yuran: İnterlə oyunda ancaq qələbəyə köklənmişik
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 18-ci turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Təəssüf ki, son turda çox pis oynadıq. Ola bilsin ki, buna mövsüm öncəsi təlim-məşq toplanışı keçirməməyimiz səbəbindən komandanın fiziki durum heç də yaxşı səviyyədə deyil. Buna görə nəticələrimiz də o qədər ürəkaçan olmur. “İnter”lə oyuna isə məsuliyyətlə hazırlaşırıq. İli yaxşı əhval-ruhiyyədə bitirmək istəyirik. Buna görə də ancaq qələbəyə köklənmişik. Ümid edirəm ki, “İnter”lə bu dəfəki qarşılaşma bizim xeyrimizə başa çatacaq”.