19 dekabr 2011 11:19

Felipe: Azərbaycanın himnini AÇ-yə kimi tam öyrənəcəm

Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Felipe dünya çempionatının seçmə mərhələsinin Ukrayna ilə oyunundan (4:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Azərbaycana pley-off mərhələsinə qrup qalibi kimi yollanması üçün cəmi 1 qol çatışmadı. Niyə hər şey belə çətin alındı?
- Şübhəsiz ki, qrupu birinci yerdə bitirməyi biz də çox istəyirdik. Sadəcə, vaxt yetmədi. Amma oyundan öncə bizə desəydilər ki, 4:2 hesabıyla qalib gələcəyik, buna etiraz etməzdim. Çünki çətin vəziyyət yaranmışdı. Hər halda pley-offa çıxmaq da bizim üçün uğurdu. Əlbəttə, ikinci yeri tutduğumuza görə daha çətin rəqiblə qarşılaşmalı olacağıq. Hər halda sona kimi oynayacağıq.
 
- Beş dəqiqə az idi?
- Risk etmək istəmirdik. Çünki buraxılacaq bircə qol bizi pley-off mərhələsindən kənarda qoya bilərdi. Halbuki, ələ düşən şanslardan maksimum dəyərlənə bilsəydik, əslində böyük hesabla qələbə qazanmalıydıq.
 
- Gözləyirdiz ki, belə güclü rəqib bu dərəcədə fəal müdafiə olunacaq?
- Prinsipcə, bu, öncədən də gözlənilirdi. Onlar öz vəzifələrinin öhdəsindən elə ilk iki oyundaca gəlmişdilər. Rəqibi məğlub etməyə borclu olan tərəf biz idik.
 
- Oyundan öncə, yaxud hesab 2:2 olanda qələbə qazanacağımıza şübhəniz azalmamışdı?
- Bilirsiz, oyun zamanı belə şeylərə vaxt olmur. Oyundan öncə biz ancaq qələbə haqda düşünürdük və matç ərzində də sona kimi bunun üçün çalışdıq. Hər şey öz əlimizdə idi. Bundan yararlanmamaq günah olardı. Biz Ukraynanı bir neçə dəfə məğlub etmişik. Bilirdik ki, bunu yenə təkrarlamaq mümkündü.
 
- Xorvatiyaya ilk turda alınan məğlubiyyətə (1:3) nə səbəb oldu?
- Xorvatlara qarşı biz maksimum köklənmə ilə çıxmışdıq. Mən deyərdim ki, bizim sadəcə bəxtimiz gətirmədi. Əgər onlarla yenidən oyun keçirsək, mütləq qalib gələrdik. Ola bilsin ki, qarşıdan gələn Avropa çempionatında Xorvatiya yenə yolumuza çıxsın.
 
- Azərbaycanın dövlət himni səslənərkən, siz də onu oxuyurduz, yoxsa bizə elə görünürdü?
- Himnin bəzi sözlərini artıq bilirəm. Himni oxuyan komanda yoldaşlarıma və azarkeşlərə dəstək vermək istədim. Ümid edirəm ki, AÇ-yə kimi himni tam öyrənəcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.