19 dekabr 2011 12:08
Qarabağ Qəbələyə itkisiz yollandı
“Qarabağ” ilin son oyunu üçün yola düşür. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunda “Qəbələ”nin qonağı olacaq komanda bu gün eyniadlı rayona yollanacaq.
Günün tək məşqini etdikdən sonra komanda şimal rayonuna hərəkət edəcək. Komanda sabah oyunun keciriləcəyi saatda Qəbələdə 1 saatlıq yüngül çalışma edəcək. Komandada vacib oyunöncəsi itki yoxdu.
Xatırladaq ki, “Qəbələ” – “Qarabağ” oyunu dekabrın 21-də saat 14:00-da keçiriləcək.
