19 dekabr 2011 00:37
“Bizə 2 top fərqi ilə uduzmaq da kifayət edirdi”
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin 5-ci qrupunda keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra rəqib komandanın baş məşqçisi Qennadi Lisençuk matçla bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, Ukrayna millisinin baş məşqçisi 2:4 hesablı məğlubiyyəti ilə bağlı bunları dilə gətirib:
“Əsas qapıçımız və daha 3 oyunçumuz zədəli idi. Vəziyyəti təhlil etdik. Bizə, ən pis halda, 2 top fərqi ilə uduzmaq da kifayət edirdi. Qrupu ilk pillədə başa vurduğumuz üçün çox şadam. Növbəti mərhələyə vəsiqə qazanması münasibətilə Azərbaycan millisini təbrik edirəm. Yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirirəm”.
