19 dekabr 2011 00:50
Joze Alesio: Birinci yeri tutmaq istəyirdik
Futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin 5-ci qrupunda keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Joze Alesio da Silva matçla bağlı fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, braziliyalı mütəxəssis komandamızın 4:2 hesablı qələbəsi ilə bağlı bunları dilə gətirib:
“Çətin oyun oldu. İki top fərqi ilə qalib gəlməliydik və buna bacardıq. Məqsədimizə çatmaq üçün oyuna böyük istəklə çıxmışdıq. Bu gün yenə də yaradılan imkanları qola çevirməkdə çətinliklərlə üzləşdik. Qrupda birinci yeri tutmaq istəyirdik. Pley-off-da işimiz çətin olacaq. Çünki növbəti mərhələdə ilk oyunu evdə keçirəcəyik”.
