20 dekabr 2011 17:55
İnter vahid lider oldu, AZAL Rəvana uduzdu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, 2011-ci ilin son turunun birinci oyun günündə 3 görüş baş tutub.
İlin son turuna "Sumqayıt Şəhər" - "Turan" oyunu ilə start verilib. Meydan sahibləri çox vacib qələbəyə imza atıblar. “Dalğa Arena”da mövsümün sürprizi “Rəvan” son turların yüksəlişdə olan komandası AZAL-la qarşılaşıb. Bu görüşdə də meydan sahibləri gülən tərəf olub. Günün son matçında isə "Simurq" "İnter"i qəbul edib. Qonaqlar qazanılan qələbə sayəsində ən azı bir günlüyə də olsa, liderliyi ələ keçiriblər.
Premyer Liqa
18-ci tur
20 dekabr (çərşənbə axşamı)
SİMURQ - İNTER - 0:2 (0:1)
Qollar: Baçana Tsxadadze, 12 (0:1), Nizami Hacıyev, 90 (0:2)
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Coşqun Həsənov, Fuad Həsənov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
Levinin zərbəsi qapının üstündən keçir
Rubinsin zərbəsində dəqiqlik çatışmır
Baçana Tsxadadze erkən qolla meydan sahiblərini cəzalandırır - 0:1
Rubinsin zərbəsi zamanı Lomaya komandasını qoldan xilas edir
"Simurq" oyuna nəzarət edən tərəfdi
Genovun zərbəsi dəqiq alınmır
Şemonayev sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Tsxadadze və Daşdəmirov sarı vərəqəylə cəzalanır
Genovun zərbəsi qapıdan aralı keçir
İlkin Qırtımov qırmızı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyur
"İnter"də Tsxadadze yerini Enyo Krastovçevə verir
Sergey Yuran texniki zonadan kənarlaşdırılır
Meydana yad əşyalar atıldığı üçün oyunda fasilə yaranır
Qeyd edək ki, ötən oyunda Kaxaber Tsxadadze də texniki zonadan qovulduğu üçün hər iki komanda hazırda baş məşqçisiz oynayır
Hodziç Hacıyevin zərbəsindən sonra meydan sahiblərini qoldan xilas edir
Genovun əvəzində meydana Qrebis daxil olur
Nizami Hacıyev daha bir əlverişli qol epizodundan yararlana bilmir
Nizami Hacıyev nəhayət ki, istəyinə çatır - 0:2
Matç başa çatdı
RƏVAN - AZAL - 3:1 (2:0)
Qollar: Amid Hüseynov, 34 (1:0), Samuel Barlay, 45+1 (2:0), R.Klaudiney, 61 (3:0), Zohair Benouahi, 70 (3:1)
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Elşən Acalov, Vüsal Əliyev.
Bakı. Dalğa Arena.
Oyun başladı
Benuahi meydan sahiblərinin qapısına qol vurmaq şansını qaçırır
Tales Şützün zərbəsi qapıdan aralı keçir
"Rəvan"ın hücumları hələ ki, alınmır
Arsenyeviçin zərbəsi alınmır
Benuahinin zərbəsi qapıda aralı keçir
Amid Hüseynov meydan sahiblərini hesabda önə keçirir - 1:0
Kvirtiya ofsayda düşür
Samuel Barlay qonaqların qapısına daha bir qol vurur - 2:0
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Üstünlük yenə "Rəvan"ın əlindədi
Reys Klaudiney AZAL-ı üçüncü dəfə meydanın mərkəzinə dəvət edir - 3:0
Klaudineyin daha bir qol vurmasına C.Həsənzadə mane olur
Zohair Benouahi hesab arasındakı fərqi azaldır - 3:1
Ramazan Abbasovun zərbəsi dirəkdən dönür
AZAL hücumlarının sayını artırmağa başlayıb
Kvirtiya sarı vərəqə ilə cəzalanır
Matç başa çatdı
SUMQAYIT ŞƏHƏR - TURAN - 1:0 (0:0)
Qol: Samir Abasov, 71 (1:0)
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Zeynal Zeynalov, Rəhim Həsənov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Oyun başladı
SŞ ilk dəqiqələrdən topa daha çox nəzarət edir
"Turan" az qala hesabı açacaqdı. Qapıçı ilə üz-üzə qalan Yasin Abbasov onu da aldadıb, qapıya zərbə endirsə də, müdafiəçi son anda topun qapıya girməsinə imkan vermir
Meydan sahibləri oyuna nəzarəti əldə saxlamağa davam edirlər, sadəcə sonuncu ötürmələri alınmır
Qonaqlar isə əks-hücum taktikası seçiblər
Sumqayıtlılar qonaq komandanın qapısı qarşısında təhlükə yarada bilmirlər
Tovuzluların qapıçısı komandasını qoldan xilas edir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
H.Əhmədovun zərbəsi dəqiq alınmır
Nurəhmədov cərimə meydançasında yerdə qalsa da, hakim penalti təyin etmir
M.Müslümzadə ikinci sarı vərəqə ilə meydandan qovulur və "Turan" azlıqda qalır
Samir Abasov cərimə zərbəsi zamanı dəqiq baş zərbəsi ilə hesabı açır - 1:0
SŞ qoldan sonra daha da fəallaşıb
Oyun başa çatdı
Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək: Qəbələ - Qarabağ, Neftçi - Kəpəz, Xəzər Lənkəran – Bakı.
|
1
|
İnter
|
18
|
10
|
6
|
2
|
16-9
|
36
|
|
2
|
Neftçi
|
17
|
11
|
1
|
5
|
35-16
|
34
|
|
3
|
Xəzər Lənkəran
|
17
|
9
|
5
|
3
|
24-17
|
32
|
|
4
|
Bakı
|
17
|
8
|
5
|
4
|
23-13
|
29
|
|
5
|
Qarabağ
|
17
|
8
|
4
|
5
|
20-14
|
28
|
|
6
|
Qəbələ
|
17
|
7
|
4
|
6
|
18-19
|
25
|
|
7
|
AZAL
|
18
|
6
|
5
|
7
|
26-28
|
23
|
|
8
|
Rəvan
|
18
|
5
|
7
|
6
|
21-22
|
22
|
|
9
|
Simurq
|
18
|
5
|
4
|
9
|
18-27
|
19
|
|
10
|
Kəpəz
|
17
|
4
|
4
|
9
|
21-32
|
16
|
|
11
|
Sumqayıt Şəhər
|
18
|
4
|
3
|
11
|
13-23
|
15
|
|
12
|
Turan
|
18
|
3
|
2
|
13
|
10-26
|
11
|
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)
6 - Uinston Parks (Bakı), Flavinyo (Neftçi), Dodo (Qəbələ).
