20 dekabr 2011 13:27
Aleksandr Starkov: Bu qərar daha çox Hafiz Məmmədovdan asılı olacaq
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 18-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Sumqayıt Şəhər”lə oyunda 1:0 hesabıyla qələbə qazandınız. Amma siz parlaq oyun sərgiləmədiyiniz halda böyük hesabla da qalib gələ biləcəyinizi vurğuladınız...
- Premyer Liqada aşkar autsayder yoxdu. Əgər SŞ bir tur öncə “Rəvan”ı səfərdə 2:1 hesabıyla yenən “Kəpəz”i darmadağın edirsə (4:1), deməli bu barədə uzun-uzadı danışmağa gərək də yoxdu. Halbuki, məsələn biz həmin “Rəvan”ı yenə bilməmişdik (0:0). Razıyam ki, son oyunda elə də böyük üstünlüyümüz yox idi. Amma bunun da müəyyən səbəbi var. Bizim orta xətt demək olar ki, yox idi. Elvin Məmmədov, Aleksandr Şoliç, Deyvidas Çesnauski. Bütün bu itkilər oyunumuza təsirsiz ötüşmür.
- Onlar nə vaxt sıraya dönəcək?
- Gözləyirik. Şoliçin zədəsi ən azı iki ay gözləməyə məcbur edir. Elvinlə Çesnauski isə “Xəzər Lənkəran”la oyuna kimi sıraya dönə bilərlər. Amma sual altındadılar.
- Gözləyirik. Şoliçin zədəsi ən azı iki ay gözləməyə məcbur edir. Elvinlə Çesnauski isə “Xəzər Lənkəran”la oyuna kimi sıraya dönə bilərlər. Amma sual altındadılar.
- “Xəzər Lənkəran”la səfər oyunu öncəsi nə düşünürsüz?
- Lənkərandakı oyunlarda həmişə çoxlu azarkeş olur. Belə oyunda öz imkanlarımızdan maksimum yararlanmalıyıq.
- Lənkərandakı oyunlarda həmişə çoxlu azarkeş olur. Belə oyunda öz imkanlarımızdan maksimum yararlanmalıyıq.
- Ev oyununda məshuldar heç-heçə qeydə alınmışdı (2:2). Bu dəfə nə gözləmək olar?
- Birinci dövrədəki oyunda biz sadəcə qazandığımız bir xala yox, həm də elə çətin görüşdə dönüş yarada bildiyimizə çox sevinmişdik. Qarşıdakı oyuna gəlincə, yaşayarıq, görərik. Hadisələri qabaqlamaq istəmirəm.
- Verpakovskinin hazırkı durumunu necə qiymətləndirirsiz?
- O, öz formasını yığmağa başlayıb. Marisi “Sumqayıt Şəhər”in qapısına vurduğu həlledici qol münasibətilə təbrik edirəm. Qol duyumu yaxşı olan futbolçudu.
- O, öz formasını yığmağa başlayıb. Marisi “Sumqayıt Şəhər”in qapısına vurduğu həlledici qol münasibətilə təbrik edirəm. Qol duyumu yaxşı olan futbolçudu.
- Son oyunda olduğu kimi, “Xəzər Lənkəran”la matçda da üç hücumçu ilə çıxış edəcəksiz?
- Vəziyyəti dəyərləndirməliyəm. Biz üç hücumçuyla ona görə oynamırdıq ki, rəqibi qiymətləndirmirdik. Sadəcə, orta sahədəki aparıcı futbolçularımızın yoxluğundan belə qərara gəlmişdik.
- Vəziyyəti dəyərləndirməliyəm. Biz üç hücumçuyla ona görə oynamırdıq ki, rəqibi qiymətləndirmirdik. Sadəcə, orta sahədəki aparıcı futbolçularımızın yoxluğundan belə qərara gəlmişdik.
- “Bakı” rəhbərliyi bildirir ki, sizin eyni zamanda Latviya yığmasındakı işinizi davam etdirməsinə mane olmayacaq...
- Bu məlumat yaxınlarda Azərbaycan mətbuatında çıxdı. Daha sonra Latviya tərəfi də cavab verdi. Bütün bunlar mənim başımın üstündən edilir. Bu məsələlərdə iştirak etmirəm.
- Yəni hələ nə edəcəyinizə qərar verməmisiz?
- Mən öz qərarımı 2011-ci ilin son turundan sonra deyəcəm. Bu qərar daha çox “Bakı”nın prezidentindən asılı olacaq. Hafiz Məmmədovun bu məsələdə istənilən qərar vermək hüququ var. Sadəcə, gizlətmirəm ki, Latviya tərəfi mənim yığmada qalmağımda maraqlıdı. Çətin qərar olacaq.