20 dekabr 2011 14:38

XL antirekorddan qayıtdı

Son tur qazanılan qələbə ilə “Xəzər Lənkəran” uğursuz seriyasına son qoyub. Azerisport.az xəbər verir ki, 11-ci turun “Kəpəz”lə ev oyunundakı minimal hesablı qələbədən sonra ardıcıl 5 çempionat matçında Lənkəran azarkeşləri qələbə sevinci yaşamırdı.
 
Həmin qələbədən sonra “Neftçi”yə, “İnter”ə uduzan “Xəzər Lənkəran” “Qarabağ”, “Rəvan” və “Simurq”la qarşılaşmalarda 1 xalla kifayətlənmişdi. Oktyabrın 28-dəki görüşdən sonrakı 5 matçda 3 xal toplayan komanda 49 günlük qələbə həsrətini dayandırmaqla 2005/06 mövsümünün antirekordunun təkrarlanmasına imkan vermədi.
 
Həmin vaxt “Xəzər Lənkəran” 2005-ci il oktyabrın 23-də baş tutan VII turun oyununda “Göyəzən”i 2:0 hesabı ilə yendikdən sonra 6 qarşılaşmada qalib gəlməmişdi. MOİK və “Gənclərbirliyi” ilə qolsuz heç-heçə, “Gəncə” ilə 1:1 edən futbolçularımız “Neftçi”, “Turan” və “MKT-Araz”a uduzmuşdu. Həmin uğursuz zeriya 2006-cı il fevralın 12-də, XIV turun “Olimpik”lə oyununda qırılmışdı – 1:0
 
Qeyd edək ki, komanda daha 3 dəfə - 2005/06, 2007/08 və 2010/11 mövsümlərində 5 oyun qələbə həsrətində olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.