20 dekabr 2011 15:28
Azərbaycan – Ukrayna matçından şikayət olunacaq
"Azərbaycan və Ukrayna matçında qeydə alınan 4:2 hesabı hər iki komandaya sərf edirdi. Bu görüşdə feyr-pley qaydalarına uyğun mübarizə getmədi. Xorvatiya millisi ədalətsizliyin qurbanı oldu. Xorvatiya Futbol İttifaqı bununla bağlı şikayət edəcək". Azerisport.az xəbər verir ki, b sözləri futzal üzrə DÇ-2012-nin seçmə mərhələsinin Bakıda keçirilən V qrupunda Azərbaycan milisi ilə mübarizə aparan Xorvatiya yığmasının baş məşqçisi Mato Stankoviç deyib.
O, qrupun son görüşü olan Azərbaycan - Ukrayna matçının nəticəsindən şübhələndiyini vurğulayıb: "Oyunun videoyazısı da tərəflərin bu nəticəyə oynadığını açıq-aşkar göstərir. Bu komandaların razılığa gələcəyini matçdan öncə də söyləmişdim. Çox gülünc oyun idi. Ukraynalılar topdan çəkinir, Azərbaycan millisi isə hücum edirdi. Həmin matçın ikinci hissəsini izləmədən tərk etdim".
