20 dekabr 2011 16:58
Əsgər Abdullayev: Turana güclənmək lazımdı
"Turan"ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 18-ci turunun "Sumqayıt Şəhər"lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Hamı bilir ki, “Turan” Premyer Liqada hansı vəziyyətdə çıxış edir. Bu mövsüm artıq heyətimizdə neçə dəfə dəyişikliklər etmişik. Bu vəziyyətə alışmaq üçün, komandanın özünə gəlməsi üçün zamana ehtiyac var. Mən artıq rəhbərliklə danışmışam və bildirmişəm ki, heyəti gücləndirmək lazımdı. Gənc futbolçuların yanında onlara örnək ola biləcək təcrübəli futbolçular da lazımdı”.
