20 dekabr 2011 17:06
“Bizim üçün qış fasiləsi ərəfəsində qələbə qazanmaq çox vacib idi”
"Sumqayıt Şəhər"in baş məşqçisi Bernard Raab Premyer Liqanın 18-ci turunun "Turan"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
“İlk növbədə qazonun durumunu qeyd etmək istərdim: şərait komandalara istənilən oyunu sərgiləməyə imkan vermədi. Qol vurana kimi çox pis oynayırdıq. Amma hesabı açdıqdan sonrakı hərəkətlilik xoşuma gəldi. İkinci qolu da vura bilərdik. Təbii ki, xüsusilə real qol şansını qaçırmasaydıq. Bizim üçün qış fasiləsi ərəfəsində qələbə qazanmaq çox vacib idi”.
