20 dekabr 2011 17:35
“Artıq AZAL-ın ilk altılığa düşməsi çox çətin olacaq”
AZAL-ın baş məşqçisi əvəzi Rafiq Mirzəyev Premyer Liqanın 18-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 1:3 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Çox pis oyun alındı. Aşkar zəif təsir bağışladıq. Oyunun əvvəlində yaxşı şanslarımız var idi. Amma həmin fürsətləri dəyərləndirə bilmədik. Əvəzində rəqib vurdu. Artıq ilk altılığa düşmək çox çətin olacaq. Amma qış fasiləsində güclənib, yenidən qarşıya qoyulan vəzifənin həllinə çalışacağıq”.
