20 dekabr 2011 17:41
Vladislav Qədirov: Altılığa düşmək şanslarımız var
"Rəvan"ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 18-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 3:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
“Çətin oyun oldu. Prinsipcə, bunu gözləyirdik. Çünki kimlə oynadığımızı yaxşı bilirdik. Oyunun əvvəllərində rəqibin çox təhlükəli hücumları oldu. Amma bizə həmin hücumların qarşısını almaq nəsib oldu. İlk qolu vurandan sonra isə üstünlük bizim əlimizə keçdi. Bizim üçün çox vacib olan qələbəyə imza atdıq. İndi altılığa düşmək üçün şanslarımız var”.
