20 dekabr 2011 19:19
Sergey Yuran: İstəmədim onlar arasında münaqişə yaransın
"Simurq"un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 18-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun çalışdırıcısı komandasının 0:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Oyunun əvvəlində qapımıza penalti təyin edildi. Bundan sonra komandanın oyunu sındı. İkinci hissədə isə müdafiəçimizə qırmızı vərəqə göstərildi. Komandamın əziyyətinə heyfim gəlir. Futbolçuları yanıma çağırmaqda məqsədim onları sakitləşdirmək idi. İstəmədim onlar arasında münaqişə yaransın”.
