20 dekabr 2011 19:25
“Bura 3 xal əldə etmək üçün gəlmişdik”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunda Zaqatalaya səfər edən “İnter” yerli “Simurq”la oyunda 2:0 hesablı qələbə qazandı. Azerisport.az xəbər verir ki, oyundan sonra “İnter” klubunun məşqçisi Georgi Çixradze bunları dilə gətirib:
“Oyun çox çətin, kobud keçdi. Biz bura 3 xal əldə etmək üçün gəlmişdik. “Simurq” da özünə lazım olan xalı qazanmaq istəyirdi. İlin sonuncu oyunu idi. Biz ili qələbə ilə başa vurmaq istəyirdik. Öz komandamı təbrik edirəm və rəqibə gələcək oyunlarda uğurlar arzulayıram”.
