20 dekabr 2011 20:15
Mahir Şükürov 2 aylıq cəzalandırılıb
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində okyabrın 11-də İstanbulda keçirilmiş Türkiyə – Azərbaycan oyunundan sonra dopinq-testə cəlb olunmuş millimizin futbolçusu Mahir Şükürovla bağlı UEFA-nın qərarı açıqlanıb. Azerisport.az xəbər verir ki, Mahir Şükürov 2011-ci il noyabrın 11-dən etibarən 2 ay müddətinə cəzalandırılıb.
