20 dekabr 2011 11:22

Premyer Liqa, 18-ci tur: Oqtay Abdullayevin proqnozu

Azərbaycan futbolunun veteranlarından Oqtay Abdullayev azerisport.az saytı üçün Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
 
Simurq – İnter
“İnter” hazırda yüksəlişdədi. Onlar son dövrlər yaxşı nəticələr qazanırlar. Düzdü, “Simurq” da pis təsir bağışlamır. Baxmayaraq ki, son oyunlarında bir qədər uğursuzluqla üzləşirlər. Hər halda bu oyunda da “İnter”in 3 xala sahib çıxan tərəf olacağını düşünürəm.
 
Sumqayıt Şəhər – Turan
“Sumqayıt Şəhər” gənc, yerli və təcrübəsiz uşaqlardan qurulan komandadı. Lakin buna baxmayaraq, onlar oyundan-oyuna daha yaxşı çıxış etməyə çalışırlar. “Turan”da isə çoxsaylı problemlər öz sözünü deyir. Elə bu oyunda da bunun təsirinin olması istisna deyil. “Sumqayıt Şəhər”ə üstünlük verirəm.
 
Rəvan – AZAL
Öncədən proqnoz verilməsi çox çətin olan oyunlardandı. “Rəvan” çox yaxşı oynamağa başlayıb. Son turda məğlub olsalar da, sərgilədikləri oyunla onlar çox şeyə qadir olduqlarını isbatlayıblar. Öz növbəsində AZAL da “Neftçi”yə böyük hesablı yenilgini son turda “Simurq” üzərindəki darmadağınla unutdurdu. Bu oyun da çətin olacaq. Mənim fikrimcə, heç-heçə olacaq.

Qəbələ - Qarabağ
“Qəbələ”nin heyətində çoxlu yaxşı futbolçular olsa da, onlar hələ də öz oyunlarını tapa bilməyiblər. “Qarabağ”ın qələbə üçün vuruşacağını gözləyirəm. Onların qələbə qazanması təəccüblü görnüməməlidi. Amma rəqibin “Qəbələ” olduğunu, oyunun Qəbələdə keçirildiyini nəzərə alsaq, heç-heçə daha inandırıcı görünür.
 
Xəzər Lənkəran – Bakı
Həm “Bakı”, həm də “Xəzər Lənkəran” əla komandadı. Bu komandalar arasındakı yeganə fərq ondadı ki, paytaxt təmsilçisi hələ də öz oyununu tapa bilməyib. Çox qeyri-sabit çıxış edir. Buna görə də bu oyunda “Xəzər Lənkəran”ın qələbə qazanacağını gözləyirəm.
 
Neftçi – Kəpəz
Nəzərə alsaq ki, “Neftçi” turnir cədvəlinin birinci pilləsində gedir, son turda da “İnter”ə uduzublar, əminəm ki, bu dəfə artıq mütləq qələbə qazanmaq üçün hər şeyi edəcəklər. Çünki həm liderliyi saxlamaq, həm son məğlubiyyəti unutdurmaq lazımdı. Bundan əlavə qış çempionluğunu təmin etmək üçün ilin son oyunundan qələbəylə ayrılmaq vacibdi. “Kəpəz” isə son dövrlər heç də uğurlu çıxış etmir. Buna görə də “Neftçi”nin qələbə qazanacağını düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.