20 dekabr 2011 12:01
Mais Mənsimov bu gün ziyalı azarkeşlərlə görüşəcək
Xəbər verdiyimiz kimi, 17 dekabr tarixində Bakı şəhərində bir qrup ziyalı azarkeşin müraciətini qəbul edən “Xəzər Lənkəran” Futbol Klubunun prezidenti Mais Mənsimov onlarla görüş keçirmişdi. Azerisport.az xəbər verir ki, növbəti belə görüş Lənkəran şəhərində baş tutacaq.
Klub prezidenti ilə Lənkəranda yaşayan və “Xəzər Lənkəran”ı dəstəkləyən ziyalılar və komandanın fəal azarkeşləri arasında görüş nu gün - 20 dekabr tarixində, “Xəzər Lənkəran”ın Mərkəzi Stadionda yerləşən ofisində baş tutacaq və saat 18:00-da başlanacaq. Görüş barədə məlumat əldə etmək istəyənlər “Xəzər Lənkəran” FK-nun direktoru Höccət Hacıyevlə əlaqə saxlaya bilərlər.
