20 dekabr 2011 12:23
Yığmamızın seleksiya xarakterli toplanışı olacaq
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, dekabrın 23-dən 25-ə qədər keçiriləcək toplanış Şağan Olimpiya İdman Kompleksində baş tutacaq. Toplanışa dəvət olunmuş futbolçuların qarşıdakı günlərdə açıqlanacaq.
