20 dekabr 2011 00:30
Azərbaycanın rəqibi 2012-ci ilin əvvəlində bəlli olacaq
Futzal üzrə Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsindəki növbəti rəqibi 2012-ci ilin əvvəlində müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, pley-off mərhələsinin püşkatmasının dəqiq tarixi hələ müəyyənləşməyib.
Qeyd edək ki, Azərbaycan millisi bu günlərdə Bakıda keçirilən 5-ci seçmə qrupun oyunlarını ikinci yerlə başa vurdu. Buna görə də komandamız pley-off oyunlarında öz yarımqruplarında birinci yeri tutmuş komandalardan biri ilə üz-üzə gələcək. Belə ki, Joze Alesio da Silvanın yetirmələri İspaniya, İtaliya, Serbiya, Portuqaliya, Çexiya və Rusiya ilə qarşılaşa bilər.
