20 dekabr 2011 12:42
Kəpəz 4 oyunçuya qapını göstərdi
Mövsümə yaxşı başlasa da, sonradan hər şey pisə doğru gedən “Kəpəz”də artıq islahatlara start verilib. Azerisport.az xəbər verir ki, Mehman Allahverdiyevi baş məşqçi postunda əvəzləyən Mirbağır İsayev də məğlubiyyətləri sıralayınca, qış fasiləsini gözləmədən artıq bəzi islahatlar həyata keçirib.
Belə ki, komandanın bir neçə futbolçusu ilə yollarını ayırdığı müəyyənləşib. İsayev hələlik 4 futbolçudan imtina edib. Bunlar Renat Sultanov, Vaqif Haqverdiyev, Tural Abbaszadə və Milan Antiçdi. Adıçəkilən futbolçularla müqavilələrə xitam verilib və onlar komandadan kənarlaşdırılıblar.
