20 dekabr 2011 00:50
Berti Foqts 18-ci turun oyunlarına baxmayacaq
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Premyer Liqanın 18-ci turunun oyunlarını izləməyəcək. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis artıq bu gün Almaniyaya qayıdacaq.
Onun xeyriyyə xarakterli bir tədbirdə iştirakı nəzərdə tutulub. Qeyd edək ki, Foqtsun Bakıya növbəti səfəri 2012-ci ilin yanvar ayında baş tutmalıdı.
