21 dekabr 2011 13:03
Mirça Rednik iki klubumuzun maraq dairəsində
Mirça Rednik Azərbaycanın iki klubundan təklif alıb. Azerisport.az xəbər verir ki, bu barədə rumın çalışdırıcı açıqlamasında bildirib.
“Ötən həftə Azərbaycana səfər öncəsi "Universitatea"nın (Kluj) prezidenti Florian Valterlə söhbətim oldu. Hazırda yalnız onlardan real təklif almışam. Biz onunla müqavilənin detallarını müzakirə etdik. Hansı ki, yarım illik dövrü əhatə edəcək. Lakin ona dedim ki, qəramı Azərbaycandan qayıtdıqdan sonra verəcəm. Çünki bu ölkədən də iki komanda dəvət göndərib. Hələ qərar verməmişəm. Onlarla da ciddi tanış olub, bütün təklifləri dəyərləndirib, sonra bir qərara gələcəm”.
