22 dekabr 2011 01:55
Almaniya kubokunda növbəti şok (YENİLƏNİB)
Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Bayern” səfərdə qarşılaşdığı “Bochum”la oyunda çətin qələbə sayəsində mərhələ adlayıb. Bundesliqa təmsilçisi olmasına baxmayaraq, “Nurnberg” evdə qəbul etdiyi aşağı divizion təmsilçisi “Greuther”ə uduzaraq, mübarizəni dayandırıb.
“Hoffenheim” “Augsburg”la dueldə qələbə qazanaraq mərhələ adlayıb. Səfərdə “Fortuna” ilə qarşılaşan Dortmund “Borussia”sı isə böyük çətinliklə mərhələ adlayıb. Əsas və əlavə vaxtda rəqibinin müqavimətini qıra bilməyən ölkə çempionu yalnız penaltilərlə gülüb.
Son oyun günündə "Hertha" "Kaiserslautern", "Holstein Kiel" "Mainz", Münhenqladbax "Borussia"sı "Schalke", "Stuttgart" isə "Hamburger" üzərində qələbə qazanaraq mərhələ adlayıb. Bu mənada xüsusilə "Mainz"ın aşağı divizion təmsilçisinə məğlubiyyəti ən böyük sürprizlərdən olub.
Almaniya kuboku
1/8 final
20 dekabr
Bochum - Bayern – 1:2
Nurnberg - Greuther - 0:1
Fortuna - Borussia (Dortmund) – 0:0 (penaltilərlə 4:5)
Hoffenheim – Augsburg – 2:1
21 dekabr
Hertha - Kaiserslautern - 3:1
Holstein Kiel - Mainz - 2:0
Borussia (Münhenqladbax) - Schalke - 3:1
Stuttgart – Hamburger - 2:1
