23 dekabr 2011 02:50
Barcelonadan doqquz cavabsız qol (YENİLƏNİB)
Futbol üzrə İspaniya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 görüş baş tutub.
“Espanyol” “Celta de Vigo”nu, “Real” “Ponferradina”nı darmadağınla keçib. Yeri gəlmişkən, bu oyunda debüt matçına çıxan Türkiyə millisinin üzvü Nuri Şahin “kral klubu”ndakı ilk oyununda həm qol ötürməsi edib, həm də özü qol vurub.
İki La Liqa təmsilçisi “Sporting” və “Mallorca”nın duelindən qonaqlar qalib ayrılıblar. “Sevilla” isə çətinliklə də olsa, “San Roque de Lepe”ni mübarizədən kənarlaşdıra bilib.
İkinci oyun günündə “Atletico” “Albacete”ni qəbul edib və məğlub olub. “Granada” “Real Sociedad”, “Levante” “Deportivo”nu məğlub yola salıb. “Villarreal” isə evdə “Mirandes”ə uduzmaqla təəccübləndirib.
Nəhayət, son gündə “Valencia” “Cadiz”i, “Barcelona” “Hospitalet”i böyük hesablarla darmadağın edib. Xüsusilə Kataloniya klubunun 9 cavabsız qolla qələbə qazanması bu mərhələyə damğasını vurub.
İspaniya kuboku
1/16 final
20 dekabr
Espanyol - Celta de Vigo – 4:2
Real – Ponferradina – 5:1
Sporting – Mallorca – 0:2
Sevilla - San Roque de Lepe – 2:1
21 dekabr
Atletico - Albacete - 0:1
Granada - Real Sociedad - 2:1
Levante – Deportivo - 4:1
Malaga - Getafe - 2:2
Osasuna - Almeria - 1:1
Rayo Vallecano – Racing - 4:3
Betis - Cordoba - 2:1
Villarreal - Mirandes - 0:2
Zaragoza - Alcorcon - 0:2
Athletic - Oviedo - 1:0
22 dekabr
Valencia - Cadiz - 4:0
Barcelona - Hospitalet - 9:0
