21 dekabr 2011 15:17
Qəbələ Cehua ilə yollarını ayırdı
“Qəbələ” qış fasiləsini gözləmədən bir futbolçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bölgə klubu Fil Dişi Sahilindən olan hücumçusu Serje Cehuadan imtina edib.
Qeyd edək ki, bu forvard sözügedən komandaya oktyabr ayında transfer olunmuşdu. Lakin onunla cəmi 2 aylıq müqavilə imzalanıbmış. Toni Adamsın istefasından sonra komandaya rəhbərlik etməyə başlayan Fatih Kavlak isə Cehua ilə anlaşmanın müddətinin uzadılmasına ehtiyac duymayıb.
Serje Cehua geridə qalan iki ay ərzində “Qəbələ”də 4 qola imza atdı. O, ölkəmizdə Türkiyə çempionatından gəlmişdi.
