21 dekabr 2011 16:19
“Komandadan gedənlərin siyahısını elə bu gün hazırlayacağam”
"Kəpəz"in baş məşqçisi Mirbağır İsayev Premyer Liqanın 18-ci turunun "Neftçi" ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 0:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Gənc oyunçulara şans vermişdik. Onlardan razı qaldığımı deyə bilərəm. Təəssüf ki, rəqibə ustalıq səviyyəsi baxımından çox uduzurduq. 2012-ci ildə turnir cədvəlindəki vəziyyətimizi düzəltməyə çalışacağıq. Komandadan gedənlərə gəlincə, onların siyahısını elə bu gün hazırlayacağam”.
