21 dekabr 2011 16:25
Böyükağa Hacıyev: Onları bu oyuna kökləmək çox çətin oldu
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 18-ci turunun "Kəpəz"lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının 2:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
“Bizim üçün çox çətin oyun oldu. Legionerlər artıq istirahət haqda düşünürdülər. Onları bu oyuna kökləmək çox çətin idi. Biz birinci pillədəki mövqeyimizi qorumaq istəyirdik. Buna da nail olduq”.
