21 dekabr 2011 18:07
Cüneyt Biçər: Gözəl oyuna görə və qələbəyə görə təşəkkür edirəm
"Xəzər Lənkəran"ın baş məşqçisi Cüneyt Biçər Premyer Liqanın 18-ci turunun "Bakı"yla oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun türkiyəli çalışdırıcısı komandasının 3:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gəririb:
“Gözəl oyuna görə və qələbəyə görə komandaya təşəkkür edirəm. “Bakı” güclü komandadı, fikrimcə, çox maraqlı oyunun şahidi olduq. Komandamızın daha da yaxşı oynaması üçün zamana ehtiyacımız var”.
