21 dekabr 2011 18:16
Aleksandr Starkov: Bu, XL üçün əlavə stimul oldu
"Bakı"nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 18-ci turunun "Xəzər Lənkəran"la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun latviyalı çalışdırıcısı komandasının 0:3 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gəririb:
“Xəzər Lənkəran” klubunu qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə qapımıza penaltidən qol vuruldu. Bu oyunun gedişinə təsir etdi, “Xəzər Lənkəran” üçün əlavə stimul oldu və onlar qalib gəldilər”.
