21 dekabr 2011 18:34
Fatih Kavlak: Qarabağ kimi komandadan alınan 1 xal da uğurdu
"Qəbələ"nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 18-ci turunun "Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun türkiyəli çalışdırıcısı komandasının 0:0 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gəririb:
“Azərbaycanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Bununla belə, daha baxımlı oyun gözləyirdik. Oyun mübarizə şəraitində keçdi. Bir neçə real qol imkanımız olsa da, bundan yararlana bilmədik. “Qarabağ” kimi komanda ilə görüşdə qazanılan 1 xal da uğurlu nəticədi”.
