22 dekabr 2011 00:03
Çempionluqdan çempionluğa
Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, 2011-ci ilin sonuncusu olan 18-ci turun axırıncı oyun günündə 3 görüş baş tutdu.
"Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul etdi. Hər iki komanda son dövrlər qeyri-sabit oyun sərgiləyirdi və ilk altılığın sonuncu pillələrində qərarlaşmışdılar. Fatih Kavlakın komandası qələbə qazanmaqla Ağdam klubu ilə xallarını bərabərləşdirmək şansına malik idi. Qurban Qurbanovun yetirmələri isə altı xallıq oyunda qələbə qazansa, həm əsas izləyicisi ilə aradakı xal fərqini artırmış olacaq, həm də bir pillə irəliləyə biləcəkdi. Yeri gəlmişkən, ilk dövrədəki oyunda Qəbələ təmsilçisi bu rəqibi üzərində Quzanlıda 1:0 hesabıyla qələbə qazanmışdı. Bu üzdən də qonaqlar bu oyunda həmin məğlubiyyətin qisasını almaq istəyirdilər.
Amma Fatih Kavlakın məşqçi kimi işlədiyi keçmiş klubuna qarşı dueli qolsuz başa çatdı. Düzdü, həm meydan sahibləri, həm də qonaqlar qol vurmaq üçün xeyli şanslara malik idilər. Lakin bu, hesabın açılması üçün yetərli olmadı. Nəticədə tərəflər 1 xalla kifayətlənməli oldular. Eyni zamanda hər iki klub ilə heç-heçə ilə vida etmiş oldu.
Lider "Neftçi" isə "Kəpəz"i qəbul edirdi. Paytaxt təmsilçisi son oyunda qeydə alınan “İnter”ə məğlubiyyəti unutdurmaq üçün Gəncə təmsilçisini məğlub yola salmağa borcluydu. Bu, “ağ-qaralar”ın qış çempionluğunu rəsmiləşdirməsi baxımından da vacib əhəmiyyət kəsb edirdi. Hər halda komandaların hazırkı durumunu nəzərə alsaq, bakılıların bu vəzifənin öhdəsindən gəlməsi heç də çətin görünmürdü. Çünki Mirbağır İsayevin gəlişindən bəri demək olar ki, heç bir ciddi irəliləyişin nəzərə çarpmadığı “Kəpəz”də vəziyyət hər tur pisliyə doğru dəyişirdi. Üstəlik, gənc mütəxəssis məhz bu görüş ərəfəsində bir sıra islahatlar həyata keçirərək, komandanın aparıcı futbolçularına qapını göstərmişdi. Əvəzində “Neftçi”yə qarşı əvəzedici heyətin bir neçə futbolçusu çıxış edirdi.
Bu, təbii ki, qarşılaşmanın nəticəsinə təsirsiz ötüşmədi. Öncə məhz gənc qapıçı Kənan Bayramovun səbəb olduğu penalti meydan sahiblərinin hesabı açması ilə nəticələndi. Ardından isə müdafiədə yol verilən kobud səhvi çempionatımızın ən sərrast oyunçusu Bahodir Nasimov bağışlamadı. Düzdü, fasilədən dərhal sonra İqor Mitreskinin meydandan qovulması Gəncə təmsilçisi üçün əla şans yaratdı. Amma bir neçə yüz faizli qol epizodu əldə edən qonaqlar bundan yararlana bilməyincə, növbəti yenilgi qaçılmaz oldu. Nəticədə, “Kəpəz” ili məğlubiyyətlə başa vurduğu halda, 3 xala sevinən “Neftçi” həm də qış çempionluğunu rəsmiləşdirmiş oldu. Yeri gəlmişkən, son ölkə çempionu ötən mövsümdə də qış fasiləsinə birinci yerdə çıxmışdı. İndi bu mövsümün sonunda da “ağ-qaralar”ın zivrədə qalıb-qalmayacaqları az maraq doğurmur.
Nəhayət, 2011-ci ilin sonuncu, eyni zamanda bu turun mərkəzi oyununda "Xəzər Lənkəran" "Bakı" ilə qarşılaşdı. “Xəzər Lənkəran”ın qazanacağı qələbə sayəsində üçüncü pillədəki mövqeyini qorumaq istəyirdi. Elə “zolaqlılar” da qələbə qazanmaqla cənub təmsilçisiylə xallarını bərabərləşdirə, eyni zamanda qış fasiləsinə üçüncü pillədə yollana bilərdi. Yeri gəlmişkən, ilk dövrədə baş tutan matçda bu iki klub 2:2 hesablı məhsuldar heç-heçəyə razılaşmışdılar. Tərəflərin bu dəfəki duelində hansı nəticənin qeydə alınacağı maraqla gözlənilirdi.
Amma bu dəfə heç-heçə olmadı. İnsafən, heç bərabər səviyyəli oyunun da şahidi olmadıq. Azarkeşsiz oynamasına baxmayaraq, daha üstün futbol sərgiləyən “Xəzər Lənkəran” çempionluq iddiasında olan rəqibini darmadağına məruz qoydu. Yeri gəlmişkən, bu, hazırda cənub təmsilçisini çalışdıran Cüneyt Biçərin də keçmiş komandasına bir cavabı oldu. Starkovun yetirmələri son uğursuzluqlarının məntiqi davamı kimi ili də arzuolunmaz nəyicəylə bitirdi. Cənub təmsilçisi isə yeni baş məşqçisi ilə gələcəyə nikbin baxmağa əsas verdi. Məhz bu oyunla da Premyer Liqa klubları rəsmən qış fasiləsinə çıxmış oldular.
Sonda onu da bildirək ki, bu tur artıq Premyer Liqada cari mövsümün final mərhələsinin 2 iştirakçısı də müəyyənləşmiş oldu. Belə ki, ilk 2 pillədə qərarlaşan “Neftçi” və “İnter”in ilk altılıqda oynayacağı təsnifat mərhələsinin sonuna 4 tur qalmışdan dəqiqləşib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Turan” da ilk altılığa düşə bilməyəcəyi tam rəsmiləşib. Belə ki, geridə qalan turlarda cəmi 11 xal toplaya bilən Tovuz klubu 6-cı yerdə qərarlaşan “Qəbələ”dən 15 xal geri qalır ki, qalan 4 görüşdə qazanılacaq qələbələr də bu fərqi aradan qaldırmağa kifayət etməyəcək.
Qeyd edək ki, Premyer Liqada yaranan qış fasiləsinə 2012-ci ilin fevral ayının 10-da yekun vurulacaq.
Premyer Liqa
18-ci tur
21 dekabr
Neftçi - Kəpəz - 2:0 (2:0)
Qollar: Flavinyo, 18-pen (1:0), B.Nasimov, 43 (2:0)
Vərəqələr: İqor Mitreski, 45+1 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə); 55 (qeyri-idman hərəkəti) - Kənan Bayramov, 18 (əllə rəqibi tutduğuna görə), Armand Feutçin, 40 (qeyri-idman hərəkəti); 66 (düşünmədən ayağa zərbə) – sarı, İqor Mitreski, 55 (qeyri-idman hərəkəti) - Armand Feutchine, 66 (düşünmədən ayağa zərbə) – qırmızı.
Hakimlər: Anar Salmanov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Alik Yunusov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əhmədağa Cabbarov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
21 dekabr 2011. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 850 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 19. Mirhüseyn Seyidov (17. Araz Abdullayev, 80), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 10. Emil Mpenza, 11. Cavid Hüseynov, 18. Ruslan Əmircanov, 20. Elvin Musazadə, 25. Cavid İmamverdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Kəpəz: 16. Kənan Bayramov, 8. Armand Feutçin, 15. Şahin Kərimov, 33. Təbriz Hüseynli, 24. Mehman Məmmədov, 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov (4. Azər Məmmədov, 24), 18. Nikolay Svejentsev (20. Emin Əliyev, 71), 19. Zaur Əsədov (k), 27. Pərvin Paşayev, 30. Yuri Fomenko (23. Junivan Suares, 82).
Kəpəz: 16. Kənan Bayramov, 8. Armand Feutçin, 15. Şahin Kərimov, 33. Təbriz Hüseynli, 24. Mehman Məmmədov, 11. Sabir Allahquliyev, 14. Dmitri Parxaçov (4. Azər Məmmədov, 24), 18. Nikolay Svejentsev (20. Emin Əliyev, 71), 19. Zaur Əsədov (k), 27. Pərvin Paşayev, 30. Yuri Fomenko (23. Junivan Suares, 82).
Ehtiyat oyunçular: 88. Elşən Poladov, 2. Nicat Məmmədov, 6. Vasif Əliyev, 7. Asəf Qədiri.
Baş məşqçi: Mirbağır İsayev.
Qəbələ - Qarabağ - 0:0
Vərəqələr: Dodo, 43 (sistematik qayda pozuntusu), Aleksandr Çertoqanov, 54 (qeyri-idman hərəkəti), Daniel Lopes Kruz, 60 (qeyri-idman hərəkəti) - Maksim Medvedev, 53 (qeyri-idman hərəkəti), Rəşad Sadıqov, 88 (qeyri-idman hərəkəti), Admir Teli, 89 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
21 dekabr 2011. Qəbələ şəhər stadionu. 1000 tamaşaçı.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 6. Lyuba Baranin (k), 8. Bruno da Silva, 9. Viktor Mendi, 14. Veselko Trivunovic, 17. Arif İsayev (22. Murad Hüseynov, 53), 18. Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz, 33. Saşa Yunisoğlu, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 5. Sergey Sokolov, 7. Yaşar Abuzərov, 25. Nuran Qurbanov, 28. Müşfiq Teymurov, 29. Amil Yunanov.
Baş məşqçi: Fatih Kavlak.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 11. Rauf Əliyev (20. Nderim Nedzipi, 68), 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (77. Georgi Adamiya, 80), 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 88. Leonardo Roşa (9. Bəxtiyar Soltanov, 86).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 10. Emin İmaməliyev, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran – Bakı - 3:0 (2:0)
Qollar: B.Subaşiç, 29-pen (1:0), J.Vobay, 45+1 (2:0), R.Əmirquliyev, 54 (3:0).
Vərəqələr: Alim Qurbanov, 22 (hakimin qərarına etiraz), Elnur Allahverdiyev, 32 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Rahid Əmirquliyev, 37 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) - İbrahim Karqbo, 28 (düşünmədən rəqibə zərbə), Stevan Bates, 56 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Novruz Məmmədov, 60 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Yaşar Abbasov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
21 dekabr 2011. Lənkəran şəhər mərkəzi stadionu. Tamaşaçı yoxdu.
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev (23. Şəhriyar Xəlilov, 72), 3. Elvin Beqiri, 8. Eder Bonfim, 9. Branimir Subaşiç (32. Mario Rosas, 85), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 22. Antonio Semedo, 33. Deyan Rusiç, 84. Julius Vobay (10. Elnur Abdullayev, 66).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Katalin Doman, 17. Zahid Quliyev, 18. Alim Qurbanov.
Baş məşqçi: Cüneyt Biçer.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 5. Stevan Bates, 6. İbrahim Karqbo, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k) (19. Nurlan Novruzov, 66), 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 30. Maris Verpakovski (11. Elvin Məmmədov, 59), 36. Uinston Parks, 85. Jaba (99. Rəhman Hacıyev, 59).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 4. Vadim Boret, 17. Emin Cəfərquliyev, 32. Aleksey Savinov.
Baş məşqçi: Aleksandr Starkov.
Qeyd edək ki, turun digər oyunları ilk oyun günündə keçirilmişdi: Sumqayıt Şəhər – Turan – 1:0, Rəvan – AZAL – 3:1, Simurq – İnter – 0:2.
|
1
|
Neftçi
|
18
|
12
|
1
|
5
|
37-16
|
37
|
|
2
|
İnter
|
18
|
10
|
6
|
2
|
16-9
|
36
|
|
3
|
Xəzər Lənkəran
|
18
|
10
|
5
|
3
|
27-17
|
35
|
|
4
|
Qarabağ
|
18
|
8
|
5
|
5
|
20-14
|
29
|
|
5
|
Bakı
|
18
|
8
|
5
|
5
|
23-16
|
29
|
|
6
|
Qəbələ
|
18
|
7
|
5
|
6
|
18-19
|
26
|
|
7
|
AZAL
|
18
|
6
|
5
|
7
|
26-28
|
23
|
|
8
|
Rəvan
|
18
|
5
|
7
|
6
|
21-22
|
22
|
|
9
|
Simurq
|
18
|
5
|
4
|
9
|
18-27
|
19
|
|
10
|
Kəpəz
|
18
|
4
|
4
|
10
|
21-34
|
16
|
|
11
|
Sumqayıt Şəhər
|
18
|
4
|
3
|
11
|
13-23
|
15
|
|
12
|
Turan
|
18
|
3
|
2
|
13
|
10-26
|
11
|
Bombardirlər:
11 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)
7 - Flavinyo (Neftçi)
6 - Uinston Parks (Bakı), Dodo (Qəbələ).
