22 dekabr 2011 11:46
Oqtay Abdullayevdən 5 düzgün proqnoz!
Azərbaycan futbolunun veteranlarından Oqtay Abdullayev Premyer Liqamızın 18-ci turunun oyunları ilə bağlı verdiyi proqnozlardan yalnız birində yanılıb. Azerisport.az xəbər verir ki, o, 5 görüşün nəticəsini öncədən düzgün proqnozlaşdırsa da, qalanlarının nəticəsini müəyyənləşdirə bilməyib.
Belə ki, Allahverdiyev “Sumqayıt Şəhər” – “Turan”, “Xəzər Lənkəran” – “Bakı” və “Neftçi” – “Kəpəz” görüşlərində meydan sahiblərinin, “Simurq” – “İnter” matçında isə qonaqların qələbə qazanacağını, eləcə də “Qəbələ” – “Qarabağ” oyununda isə heç-heçə qeydə alınacağını öncədən dəqiq müəyyənləşdirib.
Lakin onun “Rəvan” – AZAL oyunu ilə bağlı proqnozu düz çıxmayıb. Belə ki, Abdullayev bu görüün heç-heçə bitəcəyinə proqnoz versə də, meydan sahibləri qələbə qazanmaqla onun yüz faizli nəticəyə imza atmasına mane oldular.
