22 dekabr 2011 00:50
XL azarkeşlərin ümidlərini doğrultdu
“Xəzər Lənkəran” azarkeşlərinin ümidlərini doğruldub. Azerisport.az xəbər verir ki, bunu deməyə saytımızda aparılan bir sorğunun nəticələri əsas verir.
“Sizcə, Premyer Liqanın 18-ci turunun “Xəzər Lənkəran” – “Bakı” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımız bu görüşdə meydan sahiblərinin uğuruna öncədən də çox güvənirdilər. Belə ki, respondentlərin 54 faizi məhz cənub təmsilçisinin qələbə qazanacağını proqnozlaşdırırdı. Göründüyü kimi, Cüneyt Biçərin komandası onların ümidlərini doğrultmağı bacardı.
Yeri gəlmişkən qeyd edək ki, sorğuya qatılanların 32 faizi “Bakı”nın qələbə qazanacağını düşünürdü. Yerdə qalan 14 faiz respondent isə görüşün heç-heçə bitəcəyini düşünürdü.
Xatırladaq ki, “Xəzər Lənkəran” – “Bakı” oyunu 3:0 hesabıyla meydan sahiblərinin qələbəsiylə başa çatdı.
