21 dekabr 2011 11:28

Lyubo Baranin: Legionerlərə Azərbaycan dilini öyrənmək vacibdi

“Qəbələ”nin müdafiəçisi Lyubo Baranin Premyer Liqanın 18-ci turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Qarşıda sizi “Qarabağ”la çox çətin oyun gözləyir...
- Mənim fikrimcə, “Qarabağ” Azərbaycanda ən yaxşı futbol göstərən komandadı. Amma “Qəbələ” evdə oynayacaq. Ona görə də, doğma meydanda yaxşı futbol göstərib, istədiyimiz nəticəni əldə etməyə çalışacağıq.
 
- İlk dövrədə bu komandanı səfərdə yenməyi bacarmışdınız (1:0).
- Bəli. Amma mən onda da demişdim ki, “Qarabağ” bizdən yaxşı oynamışdı. Biz sadəcə ələ düşən qol epizodundan maksimum yararlandıq. Müdafiədə inamlı oynamasaydıq, hər şey fərqli də ola bilərdi.
 
- “Turan” hazırda problemlər içində olsa da, siz son turda onları çox çətinliklə yenə bildiniz...
- Bizdə də hər şey qaydasında deyil. O mənada ki, yenicə baş məşqçi dəyişikliyi olub. Amma sabit oynadığımızı düşünürəm. Sadəcə, bacardığımız qədər çox qol vura bilmirik. İmkanlarımızdan daha yaxşı yararlanmalıyıq. Hər halda yaxşı müdafiə olunmağımız sevindirir. “Turan”la oyuna gəlincə, mən hələ ömrümdə elə bərbad qazon görməmişdim. Bu, futbol meydançası deyildi. Orda hətta qazonun rəngi də yaşıl deyildi. Amma əsas odu ki, qələbə qazana bildik. “Qarabağ”la oyunda isə hər şey tam fərqli olacaq.
 
- Çoxları hələ də “Qəbələ”nin öz oyununu tapmadığını düşünür. Siz bununla razısız?
- Mən də belə düşünürəm. Mövsümün əvvəlində yaxşı oynayırdıq. Amma sonradan baş məşqçi rotasiyalara başladı. Hər oyunda 3-4 futbolçunu dəyişirdi. Bu üzdən biz də pis oynamağa başladıq. Baxmayaraq ki, ötən illərlə müqayisədə heyətimiz güclüdü.
 
- Ümumilikdə, bu ili komandanız üçün necə qiymətləndirirsiz?
- Ötən mövsümü heç xatırlamaq da istəmirəm. Onda biz ilk altılığa da düşə bilmədik. Bu mövsüm isə hər şey başqa cür olacaq. Bizim hazırkı əsas hədəfimiz altılığa düşməkdi. Qarşıda hələ xeyli oyunlarımız var. Bütövlükdə, bu il bizim üçün nə çox yaxşı, nə də çox pisdi.
 
- “Qarabağ”la oyundan sonra çempionatda fasilə yaranacaq. Fikrinizcə, bu, komandanın işinə yarayacaq?
- Əlbəttə. Sadəcə indi normal istirahət etmək lazımdı. Antalyada yaxşı təlim-məşq toplanışı keçirib, yeni sistemə alışmalıyıq. Bəzi çatışmazlıqlar var ki, onlar aradan qalxmalıdı. Yəqin ki, bu müddət ərzində uşaqlar arasında anlaşma səviyyəsi də yaxşılaşacaq. Çünki bizdə fərqli dillərdə danışan futbolçular xeyli çoxdu.
 
- Sizcə, legionerlər Azərbaycan dilini bilməyə borcludular?
- Mən artıq bu barədə bir neçə dəfə danışmışam. Bəli, bəzi ölkələr üçün Azərbaycan dilini öyrənmək çətin görünə bilər. Amma rus dili daha yaxındı. İngilis dilini heç də hamı başa düşmür. Amma əgər Azərbaycanda yaşayırıqsa, ya bu ölkənin dilini, heç olmasa, rus dilini öyrənmək vacibdi. Belə olan halda komandada da ciddi problemlər olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.