21 dekabr 2011 11:51
Zenitin iki futbolçusu Azərbaycan yığmasında
Xəbər verdiyimiz kimi, dekabrın 22-dən 30-a qədər Bakı şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq toplanışa dəvət olunmuş futbolçuların siyahısı da müəyyənləşib.
Onların siyahısını diqqətinizə çatdırırıq:
Emil Balayev, Sərxan Abbaslı, Orxan Əliyev, Ruslan Nəsirli, Samir Yusifov, Şamil Cəmaləddinov (hamısı “Sumqayıt Şəhər”), Fərid Ağayev, Murad Musayev, Elmin İsmayılzadə (hamısı “Qəbələ”), Rəşad Əzizov, Tural Məmmədli, Məqsəd İsayev, Elşən Abdullayev, Aslan Hüseynov (hamısı “Neftçi”), Fuad Bayramov, Nurxan Mənsimzadə (hər ikisi “İnter”), Namiq Ələsgərov, Raul Yaqubzadə, Rəsul Teymurxanlı (hamısı “Bakı”), Oruc Balaşlı (Simurq), Əliağa Xudiyev (Qarabağ), Azər Abbasov, Tural Hümbətov (hər ikisi “Zenit”, Rusiya), Əli Əliyev (Zirka, Ukrayna), Tofiq Şəfiyev (Sport Akademiya, Rusiya), Elnur İsmayılov (Daçiya, Moldova), Ruslan Badalov (Volqoqrad, Rusiya), Elvin Ağamalov (Şinnik, Rusiya).
