21 dekabr 2011 00:04

Bir günlük sevinc, yoxsa?

Futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsi ərəfəsindəki sonuncu - 18-ci turun da oyunlarının yarısı geridə qaldı. Azerisport.az xəbər verir ki, 2011-ci ilin son turunun birinci oyun günündə 3 görüş baş tutdu.
 
İlin son turuna "Sumqayıt Şəhər" - "Turan" oyunu ilə start verildi. Bu oyunu son iki pillədə qərarlaşan autsayderlərin dueli kimi də qələmə vermək olardı. Hər halda elitada qalmaq baxımından bu altı xallıq oyunda qazanılacaq qələbə qalib komandaya gələcəkdə çox faydalı olacaqdı. Qarşılaşmanın Sumqayıtda keçirilməsi isə meydan sahiblərinə əlavə üstünlük verirdi.
 
Bundan əlavə, son dövrlər Bernard Raabın komandası daha yaxşı təsir bağışlamaqdaydı, nəinki qonaq komanda. “Turan” bir çox aparıcı oyunçuları ilə yollarını ayrıması azmış kimi, hələ də maliyyə problemləri içində çabalayırdı və uğursuz çıxışına bu oyunda son qoyması inandırıcı görünmürdü. Düzdü, ilk dövrədə məhz Tovuz təmsilçisi doğma meydanda minimal hesablı qələbə qazanmışdı. Amma bu dəfə SŞ həmin yenilginin qisasını ala bilərdi.
 
Gözlənilən kimi də oldu. Doğma meydan amilindən maksimum yararlanan Raabın yetirmələri sonunda minimal hesablı qələbə sayəsində 3 xala sahib çıxdılar. Belə olan halda Sumqayıt klubu zirzəmidəki rəqibindən uzaqlaşmağa da nail oldu. “Turan”ın isə son pillədən çıxmaq istəyi alınmadı. Beləcə, autsayderlər 2011-ci ili fərqli əhval-ruhiyyədə qapamış oldular.
 
“Rəvan” AZAL-la qarşılaşdı. Paytaxt klublarının duelinə maraq böyük idi. Çünki “sarı-qırmızılar” bu mövsümün ən sürpriz komandası hesab olunurdu. “Rəvan” xüsusilə liderlər qrupundakı komandalara əsl başağrısı olmasıyla seçilirdi. Elə AZAL özü də birinci dövrədə bu komandaya məğlub olmuşdu – 1:2. Bu üzdən də “təyyarəçilər” bu dəfəki oyuna qisas almaq üçün çıxmışdılar. “Neftçi”yə 1:7 hesablı məğlubiyyəti nəzərə almasaq, Elxan Abdullayevin istefasından sonra AZAL inamlı nəticələr qazanırdı. Bu üzdən gözləmək olar ki, Rafiq Mirzəyevin yetirmələri bu dəfə də qələbə qazansın, ən azından məğlub olmasın. Çünki bu, həm də ilk altılıqdan kənarlaşmamaq üçün çox vacib idi. Elə meydan sahibləri də qələbə qazanmaqla ən azı bir pillə irəliləməyi və AZAL-a qonşu olmağı hədəfləmişdilər.
 
Qarşılaşmaya qonaq komanda daha fəal başladı. Hətta ilk dəqiqələrdə ələ düşən qol vəziyyətlərini dəyərləndirsəydi, “təyyarəçilər” fərqli hesabla qalib də gələ bilərdilər. Amma onlar bu şanslarından yararlanmayınca, “vurmayana vurarlar” prinsipi işə düşdü. İlk yarıda iki qol vuran “Rəvan” bu üstünlüyünü əldən vermədi. Fasilədən sonra tərəflərin hərəyə bir qolu da heç nəyi dəyişmədi. Beləcə, mövsümün sürprizi sayılan “Rəvan” ili qələbə, ən uğursuzlarından olan AZAL isə məğlubiyyətlə başa vurdu.
 
Günün son matçında isə "Simurq" "İnter"i qəbul etdi. Zaqatala klubu kifayət qədər qeyri-sabit oyunla diqqət çəkirdi. Əvəzində “bankirlər” cari mövsümdə əla sürət yığıblar. Son turda ölkə çempionu “Neftçi” üzərində qazandığı inamlı qələbə ilə ikinci pilləyə yüksələn paytaxt klubu Zaqatalada da uğur qazanmaqla ən azı bir günlük də olsa, lider ola bilərdi. Növbəti gündə meydana çıxacaq “Neftçi” növbəti dəfə xal itirəcəyi halda isə “İnter” hətta qış çempionluğuna da sahib çıxa bilərdo. Odu ki, bakılılar ilk dövrədə minimal hesabla yendikləri “Simurq”a yenə eyni aqibəti yaşatmağa borcluydular.

Gözlənildiyi kimi, paytaxt klubu bu istəyinə çatdı. Düzdü, bu, heç də asan olmadı. Çünki Sergey Yuranın komandası xüsusilə doğma divarlar arasında rəqiblərinə ciddi müqavimət göstərməsi ilə seçilirdi. Zaqatala klubu bu oyunda da rəqibinə az çətinlik yaratmadı. Amma rəqibinə nisbətən daha ağıllı və üstün oyun sərgiləyən qonaq komanda lazımi 3 xalı qazanmağı bacardı. Bu qələbə “İnter”i bir günlük də olsa, zirvəyə çıxardı. Onların burdakı taleyinə isə bu günkü oyunlar aydınlıq gətirəcək.
 
Premyer Liqa
18-ci tur
20 dekabr
 
Sumqayıt Şəhər - Turan - 1:0
Qol: Samir Abasov, 70.
Vərəqələr: Abdulla Abatsiyev, 51 (hakimin qərarına etiraz), Ramil Həşimzadə, 60 (rəqibə qarşı kobud oyun) - Məhərrəm Müslümzadə, 26 (hakimin qərarına etiraz); 68 (rəqibə qarşı kobud oyun), Zura Dzamsaşvili, 54 (rəqibə qarşı kobud oyun), Seymur Tağıyev, 63 (rəqibi əllə tutduğuna görə), Ramal Hüseynov, 71 (hakimin qərarına etiraz) – sarı, Məhərrəm Müslümzadə, 68 (rəqibə qarşı kobud oyun) – qırmızı.
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Zeynal Zeynalov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əmir Zamanov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
20 dekabr  2011. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 500 tamaşaçı.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 4. Samir Abasov (k), 16. Hacı Əhmədov, 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 52. Bədavi Hüseynov, 47. Abdulla Abatsiyev, 7. Mahmud Qurbanov (10. Eşqin Quliyev, 81), 9. Orxan Həsənov (8. Emin Mustafayev, 57), 27. Ramil Həşimzadə (70. Şamil Camaləddinov, 87), 11. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 50. Samir Abdulov, 15. Aleksandr Qross, 2. Slavik Alxasov.
Baş məşqçi: Bernhard Raab.
Turan: 1. Anar Nəzirov, 4. Seymur Tağıyev, 9. Yasin Abbasov, 14. Aleksandr Qoqoberişvili, 18. Hafiz Əliyev, 20. Azər Məmmədov, 21. Rəşad Orucov, 22. Məhərrəm Müslümzadə, 27. Zura Dzamsaşvili, 19. Ruslan Abbasov (17. Rəşad Piriyev, 79), 7. Ramal Hüseynov (k).
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 8. Akif Tağıyev, 16. Orxan İsmayılov, 28. Tuqay Alhüseynli, 11. Georgi Beriaşvili.
Baş məşqçi: Əsgər Abdullayev.
 
Rəvan - AZAL - 3:1 (2:0)
Qollar: Amid Hüseynov, 34 (1:0), Samuel Barlay, 45+1 (2:0), R.Klaudiney, 60 (3:0), Zohair Benouahi, 70 (3:1).
Vərəqələr: Tural Cəlilov, 46 (bilərəkdən əl ilə oyun), İvan Vasilyev, 69 (oyunun bərpasını ləngitdiyinə görə), Taqim Novruzov, 90 (rəqibi tutduğuna görə), Miloş Zeçeviç, 90+1 (rəqibi tutduğuna görə) - Robert Petrov, 59 (bilərəkdən əl ilə oyun), Nuqzar Kvirtiya, 85 (simulyasiya) – sarı.
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Elşən Acalov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
20 dekabr  2011. "Dalğa Arena" stadionu. 200 tamaşaçı
Rəvan: 61. İvan Vasilyev, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 6. Taqim Novruzov, 7. Reys Klaudiney (30. Şarapudin Şalbuzov, 85), 11. Şeriff Suma, 15. Tural Cəlilov (90. Sergey Çernışev, 63), 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 22. Amid Hüseynov (13. Fərid Həşimzadə, 89), 24. Hüseyn İsgəndərov.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 5. Natiq Kərimi, 16. Fərrux Rəhimov, 25. Səbuhi Həsənov.
Baş məşqçi: Vladislav Qədirov.
AZAL: 12. Cahangir Həsənzadə, 16. Branislav Arseniyeviç, 6. Mindauqas Daunoraviçyus (7. Tərlan Xəlilov, 46), 5. Aqil Nəbiyev (k), 3. Usim Nduka, 2. Robert Petrov, 8. Elşən Məmmədov (19. Hüseyn Axundov, 68), 10. Nuqzar Kvirtiya, 17. Viktor İbekoyi, 11. Zohair Benuahi, 23. Tales Şütz (15. Georgi Boqyu, 46).
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 9. Vüsal Qarayev, 14. Orxan Səfiyaroğlu, 22. Elgün Abbaslı.
Məşqçi: Rafiq Mirzəyev.
 
Simurq - İnter - 0:2 (0:1)
Qollar: Baçana Tsxadadze, 13 (0:1), Enyo Krastovçev, 88 (0:2)
Vərəqələr: Vidas Alunderis, 12 (rəqibi itələdiyinə görə), Aleksandr Şemonayev, 32 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) - Baçana Tsxadadze, 50 (qeyri-idman hərəkəti), Arif Daşdəmirov, 51 (perspektivli hücumun qarşısını kəsdiyinə görə) – sarı, İlkin Qırtımov, 54 (rəqibi dirsəklə vurduğuna görə) – qırmızı.
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Coşqun Həsənov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Akif Məmmədov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
20 dekabr 2011. Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu. 1200 tamaşaçı.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Vasili Yanotovski, 8. Qərib İbrahimov (9. Əli Bağırov, 70), 13. Aleksandr Şemonayev, 79. Vidas Alunderis, 77. Daniel Genov (21. Kristap Qrebis, 78), 14. Andrey Rubin, 28. Yevgeni Şmakov, 11. Robertas Poşkus.
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 6. Mikayıl Rəhimov, 17. Rüstəm Məmmədov, 23. Ruhid Usubov, 10. Tofiq Mikayılov.
Baş məşqçi: Sergey Yuran.
İnter: 1. Georgi Lomaya, 6. Samir Zərgərov (8. Nizami Hacıyev, 46), 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 25. İbrahima Niasse (10. Asif Mirili, 87), 28. Baçana Tsxadadze (9. Enyo Krastovçev, 60), 30. Danildo Assioli.
Ehtiyat oyunçular: 99. Səlahət Ağayev, 7. Ruslan Poladov, 16. Elnur Abdulov, 23. Şəhriyar Rəhimov.
Məşqçi: Georgi Çixradze.
 
Qeyd edək ki, turun qalan oyunları bu gün keçiriləcək: Qəbələ - Qarabağ, Neftçi - Kəpəz, Xəzər Lənkəran – Bakı.
 
 
1
İnter
18
10
6
2
16-9
36
2
Neftçi
17
11
1
5
35-16
34
3
Xəzər Lənkəran
17
9
5
3
24-17
32
4
Bakı
17
8
5
4
23-13
29
5
Qarabağ
17
8
4
5
20-14
28
6
Qəbələ
17
7
4
6
18-19
25
7
AZAL
18
6
5
7
26-28
23
8
Rəvan
18
5
7
6
21-22
22
9
Simurq
18
5
4
9
18-27
19
10
Kəpəz
17
4
4
9
21-32
16
11
Sumqayıt Şəhər
18
4
3
11
13-23
15
12
Turan
18
3
2
13
10-26
11
 
Bombardirlər:
10 - Bahodir Nasimov (Neftçi)
8 - Robertas Poşkus (Simurq), Tales Şütz (AZAL)
6 - Uinston Parks (Bakı), Flavinyo (Neftçi), Dodo (Qəbələ). 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.