21 dekabr 2011 00:07

Mais Mənsimov XL azarkeşləri ilə görüşdü

"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov Lənkəran şəhər stadionunda ziyalı azarkeşlərlə görüşüb. Azerisport.az xəbər verir ki, yerli ziyalılar arasında görüşə böyük maraq olub.
 
İştirakçılar arasında müxtəlif rəhbər vəzifələrdə çalışan şəxslər, fəal şəhər sakinləri, ağsaqqallar yer alıb. Ən yaşlı görüş iştirakçısının 82 yaşının olmasını da qeyd edək.
 
Müzakirələrlə zəngin keçən görüş zamanı kifayət qədər çoxlu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Azarkeşlər onları narahat edən məsələləri klub prezidentinin diqqətinə çatdırıb, qaranlıq qalan məqamlarla bağlı suallarını səsləndirib. Mais Mənsimov öz növbəsində ziyalıları diqqətlə dinləyərək onları maraqlandıran sualları ətraflı cavablandırıb.
 
Müzakirə mövzularının əhatə dairəsi çox geniş alındı. Azarkeşlər komanda daxilində olan hazırkı vəziyyətlə bağlı çoxlu suallar verib. Onlar istər yaxın gələcəkdə, istərsə də ümumi planda komandanın perspektivləri ilə maraqlandılar. Belə ki, dialoq zamanı məşqçilər korpusunun işi, qış transfer pəncərəsində klubun transfer siyasəti, yerli futbolçulara diqqət, klubun yetirmələrinin əsas komandaya cəlb olunması kimi müxtəlif məsələlərə toxunulub. Həmçinin oyunların canlı yayımı, hakimlik və s. məsələlər barədə də suallar verilib və klub rəhbərliyinin mövqeyi ziyalılara çatdırılıb.
 
Daha bir vacib müzakirə obyekti azarkeş-klub münasibətləri olub. Öncə ziyalılar stadionun iki oyunluq diskvalifikasiyasının həddindən artıq ağır cəza olduğu fikrində klubla razılıqlarını bildirib. Bundan əlavə ev oyunlarında meydana yad əşyaların atılması faktı bütünlüklə pislənib və bir sıra azarkeş bu cür halların aradan qaldırılması üçün təkliflərini irəli sürüb. Əsas təkliflərdən biri stadionun mərkəzi sektorlarında azarkeşlərin yerləşməsinə nəzarətin artırılması olub. Təxribatçıların qarşısının alınmasında hər bir kəsin kluba dəstək verməsinin vacib olduğu bildirilib.
 
Klubun azarkeşlərlə birliyinin bundan sonra daha da sıx olacağı rəhbərlik tərəfindən ziyalıların nəzərinə çatdırılıb. Bu istiqamətdə artıq konkret addım da atılıb. Belə ki, "Xəzər Lənkəran"ın fəal ziyalı azarkeşlərindən olan Qurbanəli Məmmədov klubun azarkeşlərlə əlaqələndirici şəxsi təyin edilib. Klub prezidenti bir daha klubun və azarkeşlərinin bir olmasının vacibliyini görüşdə iştirak edənlərin diqqətinə çatdırıb. O qeyd edib ki, klub və azarkeşlər öz güclərini birləşdirib ümumi məqsədlərə yönəltməlidi.
 
Görüşə gələn ziyalılar klubun bu təşəbbüsündən çox razı qaldıqlarını bildiriblər. Azarkeşlər "Xəzər Lənkəran"da idarəetmənin qurulmasının digər klublardan bir neçə dəfə üstün olduğunu söyləməklə, rəhbərliyinə hər zaman bacardıqları dəstəyi verməyə hazır olduqlarını qeyd ediblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.