21 dekabr 2011 00:12
Xəzər Lənkəran prezidenti komandanın məşqini izləyib
“Xəzər Lənkəran” Futbol Klubunun prezidenti Mais Mənsimov ötən gün komandanın düşərgəsinə gəlib. Azerisport.az xəbər verir ki, bu gün Premyer Liqa çərçivəsində “Bakı”ya qarşı keçiriləcək oyun öncəsi komandanın durumu ilə yaxından maraqlanmaq məqsədi ilə klub prezidenti baş məşqçi Cüneyt Biçerlə görüşüb və onunla ətraflı müzakirə aparıb.
Ardından Mənsimov vacib oyuna hazırlıq çərçivəsində komandanın keçirdiyi məşq prosesini də izləyib.
