21 dekabr 2011 12:47
Bakı Xəzər Lənkəranla oyuna 3 ciddi itki ilə çıxacaq
"Bakı" futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunu səfər oyunu ilə başa vuracaq. Azerisport.az xəbər verir ki, bu qarşılaşama eyni zamanda komandanın 2011-ci ildə keçirdiyi son rəsmi oyunu kimi tarixə düşəcək.
“Zolaqlılar” ötən gün oyunun baş tutacağı Lənkəran şəhər stadiuonunda oyunqabağı məşqinə çıxıb. Heyətdə yer alan ciddi itkilər məşqçilər korpusunu qayğılandırır. Bununla belə düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür.
"Bakı"nın əsas simalarından biri sayılan Aleksandar Şoliç bugünkü oyunda iştirak etməyəcək. Zədəlilər sırasına Maris Verpakovski də əlavə olunub. Daha bir orta sahə oyunçusunun "Xəzər-Lənkəran"a qarşı oyunda meydana çıxmayacağı dəqiqdi. Fabio Luis Ramim Lənkərana yox, Türkiyəyə üz tutub. Müalicəsini İstanbulun "Acıbadəm" klinikasında 1 saatlıq ortopedik bərpa seansı ilə davam etdirən yarımmüdafiəçidən izokinetik test götürülüb.
Fabio da Aleksandar Şoliç və Maris Verpakovski kimi Yeni ili futbolsuz qarşılayacaq.
