21 dekabr 2011 00:37
AÇ-2012-də Türkiyə də təmsil olunacaq
UEFA 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək baş hakimlərin adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, Avropa futbol qurumu qitə çempionatını 12 referiyə tapşırmaq niyyətindədi.
Bu hakimlər 12 müxtəlif ölkəni təmsil edəcək. AÇ-2012-dən kənarda qalan Türkiyədə bir hakimlə çempionatda təmsil olunacaq. Belə ki, Cüneyt Çakır turnirə təyinat alan 12 referidən biridi.
Yunas Erikson (İsveç), Viktor Kaşşai (Macarıstan), Byorn Keypers (Hollandiya), Ştefan Lannua (Fransa), Pedru Proensa (Portuqaliya), Nikola Ritssoli (İtaliya), Damir Skomina (Sloveniya), Volfanq Ştark (Almaniya), Kreyq Tompson (Şotlandiya), Karlos Velako Karbalyo (İspaniya), Hovard Uebb (İngiltərə), Cüneyt Çakır (Türkiyə).
