22 dekabr 2011 13:25
Qarabağın qış hazırlıq planları müəyyənləşdi
“Qarabağ” istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, dünən Premyer Liqanın 18-ci turunda “Qəbələ”ylə qarşılaşan komanda bu gündən etibarən tətilə çıxıb.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov komandaya 20 günlük istirahət verib. “Qarabağ” yanvarın 10-da yenidən yığışacaq. Komanda 2-ci mərhələnin hazırlığına Bakıda başlayacaq.
Yanvarın 15-də isə komanda təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Fevralın 4-nə kimi Antalyada çalışacaq komanda Bakıya dönüb 19-cu turda qarşılaşacağı “Simurq”la oyunun hazırlıqlarını paytaxtda davam etdirəcək.
